Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırdı. Lakin həmin ilin sonunda Dağıstanda və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyanlar hələ də davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (003)|1938|p=248}}. Üç həftədən sonra ordusunu bir hissəsini Cavad yaxınlığında Kür çayı üzərindəki körpüdən keçirib Dağıstana sürətli yürüş etdi. Qış vaxtı hücum dağıstanlılar üçün gözlənilməz idi və Nadir şahın tarixçilərinin yazdığına görə orada əhali ona müqavimət göstərə bilmədi və ona tabe oldu. Nadir şah Qurban bayramı günü – 14 yanvar 1745-ci il<ref name=Q2 group=qeyd/> tarixdə Dərbəndə daxil daxil oldu, sonra isə Dağıstanda qənimət götürülmüş çoxlu mal-qara və qoyun-keçi ilə Bərdəyə geri döndü. Həmin hadisədən 3 həftə sonra isə şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (004)|1938|p=249}}. | Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırdı. Lakin həmin ilin sonunda Dağıstanda və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyanlar hələ də davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (003)|1938|p=248}}. Üç həftədən sonra ordusunu bir hissəsini Cavad yaxınlığında Kür çayı üzərindəki körpüdən keçirib Dağıstana sürətli yürüş etdi. Qış vaxtı hücum dağıstanlılar üçün gözlənilməz idi və Nadir şahın tarixçilərinin yazdığına görə orada əhali ona müqavimət göstərə bilmədi və ona tabe oldu. Nadir şah Qurban bayramı günü – 14 yanvar 1745-ci il<ref name=Q2 group=qeyd/> tarixdə Dərbəndə daxil daxil oldu, sonra isə Dağıstanda qənimət götürülmüş çoxlu mal-qara və qoyun-keçi ilə Bərdəyə geri döndü. Həmin hadisədən 3 həftə sonra isə şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (004)|1938|p=249}}. |