Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:B{{Yazıçı |Adı = Bəxtiyar Vahabzadə |Orijinal adı = Bəxtiyar Mahmud oğlu Vahabzadə |Şəkil = Bəxtiyar Vahabzadə...' ilə yarat
[[Kateqoriya:B]]{{Yazıçı
|Adı = Bəxtiyar Vahabzadə
|Orijinal adı = Bəxtiyar Mahmud oğlu Vahabzadə
|Şəkil = Bəxtiyar Vahabzadə.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|İlk adı =
|Təxəllüsü =
|Doğum tarixi = {{doğum tarixi|1925|8|16}}
|Doğum yeri = [[Nuxa]], {{AzSSR}}, {{SSRİ}}
|Vəfatı = {{vəfat tarixi və yaşı|2009|2|13|1925|8|16}}
|Vəfat yeri = Bakı, {{AZE}}
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Uşaqları =
|Peşəsi = şair, dramaturq, ədəbiyyatşünas
|Vətəndaşlıq = {{SSRİ}}→<br/>{{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|Təhsili =
|İstiqamət =
|Janr =
|Mükafatları ={{Azərbaycan SSR xalq şairi|1984}} {{Azərbaycan SSR əməkdar incəsənət xadimi|1974}} {{SSRİ dövlət mükafatı|1984}} {{Azərbaycan SSR dövlət mükafatı|1976}} <br>{{"İstiqlal" ordeni|1995}} {{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}
|imdb_id =
|Saytı = [http://www.vahabzade.net vahabzade.net]
}}

'''Vahabzadə Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu'''<ref>Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək, '''Rafael HÜSEYNOV, Avg 01, 2017 -''' http://heb.science.gov.az/az/news/1582/</ref><ref name=":0">“Bəxtiyar Vahabzadənin anası ermənidir” (?) sualına cavab, Şirməmməd Hüseynov, '''“Yeni müsavat” qəzeti, N202, 1 avqust 2003. -''' http://www.kultura.az/news/20141208124427089</ref> — Azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, [[1945]]-ci ildən [[Azərbaycan Yazıçılar Birliyi]]nin üzvü, Azərbaycanın xalq şairi ([[1984]]), filologiya elmləri doktoru ([[1964]]), professor, [[AMEA|Azərbaycan MEA-nın]] həqiqi üzvü ([[2000]]), Azərbaycanın Əməkdar incəsənət xadimi ([[1974]]), Azərbaycan Dövlət mükafatı laureatı ([[1976]]), SSRİ Dövlət mükafatı laureatı ([[1984]]), M.F.Axundov adına ədəbi mükafatın laureatı ([[1988]]), Azərbaycan Respublikası Ali Sovetinin deputatı ([[1990]]), millət vəkili ([[1995]], [[2000]]), [["İstiqlal" ordeni]] ilə təltif olunmuşdur (1995).

== Həyatı ==
Bəxtiyar Vahabzadə 16 avqust [[1925]]-ci ildə [[Şəki]] şəhərində fəhlə ailəsində anadan olmuşdur. Bir versiyaya görə Mahmud Vahabzadə Zəkəriyyə oğlu Bəxtiyar Vahabzadənin atabir-anaayrı ögey qardaşı olmuşdur. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adıyla böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından 1925-ci ildə Zəkəriyyə Vahabzadənin Xanım Məcidqızından olan övladı Bəxtiyarı övladlığa götürürlər<ref>Şirməmməd Hüseynov xalq şairinə qarşı ağır ittihama cavab verdi, Cavid Turan, 21.11.2013 - Yeni Musavat qəzeti, https://musavat.com/news/sirmemmed-huseynov-xalq-sairine-qarsi-agir-ittihama-cavab-verdi_172329.html</ref>.<ref name=":0" />

1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra [[BDU Filologiya|ADU-nun Filologiya fakültəsi]]ndə təhsil almışdır ([[1942]]-[[1947]]). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir ([[1951]]). Bədii yaradıcılığa [[1943]]-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" ([[1960]]-[[2003]]) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir ([[1964]]). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır ([[1950]]-[[1990]]). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü ([[1980]]), sonra həqiqi üzvü ([[2000]]) seçilmişdir. [[1981]]-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi ([[1991]]). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, [[1995]] və [[2000]]-ci illərdə [[Azərbaycan Milli Məclisi]]nə deputat seçilmişdir. [[1976]]-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ([[1995]]) ordenləri ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə [[1960|60]]-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, [[1958]]-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə [[1962]]-ci ildə şair "millətçi" damğası ilə [[Azərbaycan Dövlət Universiteti]]ndən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 [[monoqrafiya]]nın, 11 elmi publisist kitabın və yüzlərlə [[məqalə]]nin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli [[poema]]nın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən [[İngilis dili|ingilis]], [[Fransız dili|fransız]], [[Alman dili|alman]], [[Fars dili|fars]], [[Türk dili|türk]], [[Polyak dili|polyak]], [[İspan dili|ispan]], [[Macar dili|macar]], keçmiş [[SSRİ|Sovetlər Birliyi]] xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.<ref>Erdem,KONUR,"[http://www.edebiyatvesanatakademisi.com/cagdas-edebiyat-sahalari-topluluklar/vatan-millet-ve-anadili-sairi-vahapzade-21370.aspx Vatan Millet ve Anadili Şairi Vahapzade]",Edebiyat ve Sanat Akademisi</ref>

[[2009]]-cu il [[13 fevral|fevral ayının 13-də]], 83 yaşında uzun sürən xəstəlikdən sonra [[Bakı]]da vəfat etmişdir<ref>http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090213073850030</ref>.

Oğlu [[İsfəndiyar Vahabzadə]] [[Azərbaycan|Azərbaycan Respublikasının]] [[Belarus]]dakı səlahiyyətli və fövqəladə səfiri işləyib.<ref>http://news.lent.az/news/190218</ref>

=== İctimai-siyasi fəaliyyəti ===

[[26 noyabr]] [[1991]]-ci ildə təşkil edilən [[Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası|Azərbaycan Respublikası Ali Soveti Milli Şurası]]nın tərkibinə daxil edilmişdir<ref>[http://e-qanun.az/print.php?internal=view&target=1&docid=9746&doctype=0 ''"Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında"'' Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli '''Qərarı'''. '''e-qanun.az'''] {{az}}</ref>.

Şarin ən məhşur əsərləri isə "Allah" və <nowiki>''</nowiki>Vətəndir".

== Mükafatları ==
*{{bayraq|SSRİ}} "SSR Dövlət mükafatı"
*{{bayraq|Azərbaycan SSR}} "Azərbaycan SSR Dövlət mükafatı"
*{{bayraq|Azərbaycan SSR}} "Azərbaycan SSR Əməkdar incəsənət xadimi"
*{{bayraq|Azərbaycan SSR}} "Azərbaycan SSR Xalq şairi"
*{{bayraq|SSRİ}} "[[Qırmızı Əmək Bayrağı ordeni|Qırmızı Əmək Bayrağı]]" ordeni
*{{bayraq|Azərbaycan}} "[[İstiqlal ordeni|İstiqlal]]" ordeni

== Xatirəsi ==
[[Türkiyə]]nin [[Adana]] şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var.

Adına [[Bakı|Bakı şəhərini]]n [[Yasamal rayonu]]nda [[Bəxtiyar Vahabzadə küçəsi (Bakı)|küçə]] var.

[[31 avqust]] [[2018]]-ci ildə [[Şəki]]də [[Bəxtiyar Vahabzadənin ev-muzeyi|şairin ev-muzeyinin]] açılışı olub.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=d1ugWpXtKcg |title=Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışı olub |author=ARB Şəki |date= 31.08.2018|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2018-08-31 |language=az }}</ref>

== Əsərləri ==
{{columns-list|2|
*1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
*2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
*3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
*4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
*5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
*6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
*7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
*8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
*9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
*10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
*11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
*12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
*13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
*14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
*15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
*16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
*17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
*18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
*19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
*20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
*21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
*22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
*23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
*24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
*25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
*26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
*27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
*28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
*29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
*30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
*31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
*32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
*33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
*34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
*35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
*36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
*37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
*38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
*39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
*40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
*41.Vətəndaş. Bakı: Gənclik, 1994,
*42.Fəryad. Bakı: Azərbaycan, 1995,
*43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
*44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
*45.İstiqlal. Bakı: Gənclik, 1999,
*46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
*47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
*48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
*49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
*50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
*51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
*52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh
*53.Ana hədiyəsi
}}

== Filmoqrafiya ==
{{columns-list|2|
# [[Akademik Yusif Məmmədəliyev (film, 2005)]]
# [[Azərbaycan naminə (film, 2005)]]
# [[Bakı bağları. Buzovna (film, 2007)]]
# [[Bəxtiyar Vahabzadə (film, 1987)]]
# [[Bəxtiyar Vahabzadə (film, 2003)]]
# [[Bizim qəribə taleyimiz (film, 2005)]]
# [[Böyük ömrün anları (film, 2006)]]
# [[Dünya şöhrətli məzun (film, 2003)]]
# [[Habil Kaman (film, 1984)]]
# [[İstiqlal şairi (film, 1996)]]
# [[Kamil (film, 1997)]]
# [[Qəmbər Hüseynli (film, 2007)]]
# [[Qisas (film, 1991)]]
# [[Qızlar (film, 2007)]]
# [[Liderlik missiyası. 1-ci hissə (film, 2008)]]
# [[Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)]]
# [[Mətbuat fədaisi (film, 2007)]]
# [[Mirzə Babayev (film, 2001)]]
# [[Muğam (film, 1995)]]
# [[Muğamat var olan yerdə... (film, 2009)]]
# [[Toğrul Nərimanbəyov (film, 1966)]]
# [[Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)]]
# [[Zirvəyə doğru (film, 2007)]]
}}

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Bahtiyar Vahapzade}}
{{Wikiquote}}
* [http://www.kataloq.net/v1/shexsler/pinfo_42.html Şəxslər namizəd katoloqu]
* [http://www.azadliq.org/Content/Article/1492831.html Bəxtiyar Vahabzadə vəfat edib]
* [http://www.azadliq.org/audio/feature/155369.html Bəxtiyar Vahabzadənin Azadlıq radiosuna verdiyi müsahibə (audio)]
* [http://www.mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20090213075332402 Bəxtiyar Vahabzadə: "İşğal altında olan torpaqlarımıza getmək arzum yoxdur, mən oraları görüb dözə bilmərəm]
* [https://www.youtube.com/watch?v=qps3D4bNqks Səda - Bəxtiyar Vahabzadənin doğum günüdür]
* [https://www.youtube.com/watch?v=bjoRSzrxxVQ Bəxtiyar Vahabzadə haqqında sənədli film]
* [https://www.youtube.com/watch?v=nrlkE87E7sI Bəxtiyar Vahabzadənin anım günüdür]



[[Kateqoriya:Bəxtiyar Vahabzadə| ]]
[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycanlı şairlər]]
[[Kateqoriya:SSRİ şairləri]]
[[Kateqoriya:Azərbaycan SSR xalq şairləri]]
[[Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları]]
[[Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar]]
[[Kateqoriya:Azərbaycan ssenaristləri]]
[[Kateqoriya:Professorlar]]
[[Kateqoriya:Filologiya elmləri doktorları]]
[[Kateqoriya:AMEA-nın həqiqi üzvləri]]
[[Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri]]
[[Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatları]]
[[Kateqoriya:Nuxada doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:B]]

Naviqasiya menyusu