Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Bəxtiyar Vahabzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Bəxtiyar Vahabzadə
Vahabzadə Bəxtiyar Mahmud oğlu
Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə.
Doğum tarixi 16 avqust 1925(1925-08-16)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 13 fevral 2009 (83 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Uşağı İsfəndiyar Vahabzadə
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1942–1947)
Fəaliyyəti şair, ədəbiyyatşünas
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1974Azərbaycan SSR Dövlət mükafatı — 1976"Azərbaycan SSR xalq şairi" fəxri adı — 1984SSRİ dövlət mükafatı — 1984
"Qırmızı Əmək Bayrağı" ordeni  — 1975 "Oktyabr İnqilabı" ordeni — 1984 "Əmək veteranı" medalı "İstiqlal" ordeni — 1995 "Ləyaqət" ordeni (Rumıniya) “Ləyaqət” ordeni kavalerləri
Commons-logo.svg Commonsda da Bəxtiyar Vahabzadə ilə əlaqəli mediafayllar var

Bəxtiyar Vahabzadə (1925–2009) — görkəmli Azərbaycan şairi, filoloq və ictimai xadim, Azərbaycan SSR xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir.

Haqqında məlumatlar

16 avqust 1925-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

1934-cü ildə ailəsi valideynləri ilə birlikdə Bakıya köçüb.

Təhsili

1942 – 1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1950 – 1990-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında əvvəl müəllim, sonra dosent, daha sonra isə professor vəzifəsində çalışıb.

1990-cı ildə təqaüdə çıxıb.

Elmi fəaliyyəti

1951-ci ildə “Səməd Vurğunun lirikası” adlı mövzuda namizədlik dissertasiyası,

1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

1980-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,

2000-ci ildə isə Azərbaycan MEA-nın həqiqi üzvü seçilib.

Bədii yaradıcılığı

“Gülüstan” poeması; Nuxa fəhləsi, 23 oktyabr 1960-cı il, № 127 (1941); redaksiya adından qeyd olunub ki, Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir.

1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri çap olunub.

1949-cu ildə “Mənim dostlarım” adlı ilk şeir kitabı çap olunub. Həmin kitabda toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.

1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

1960 – 2003-cü illərdə qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

İctimai aktivliyi

1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

Bir dəfə Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü və bir neçə çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovet 26 noyabr 1991-cı il tarixdə öz səlahiyyətini 50 deputatdan ibarət Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına verdikdə, Bəxtiyar Vahabzadə də Milli Şuranın üzvü olub.

1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı Ağsaqqallar Şurasının üzvü olub.

1995 və 2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

Bəxtiyar Vahabzadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il.

13 fevral 2009-cu il tarixdə – 83 yaşında, Bakıda vəfat edib. Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edib.

Ailəsi

Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini olmuş, bir sıra ölkələrdə Azərbaycanın səfiri vəzifəsində çalışmışdır.

Xatirəsi

Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyinə və

Bakı şəhərinin Yasamal rayonunda bir küçəyə Bəxtiyar Vahabzadənin adı verilib.

1 avqust 2018-ci il tarixdə isə Şəkidə şairin ev-muzeyinin açılışı olub.

Kitabları

Siyahı
  1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
  2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.
  3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
  4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
  5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
  6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
  7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
  8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
  9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
  10. Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
  11. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
  12. Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
  13. İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
  14. Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
  15. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
  16. Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
  17. Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
  18. Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
  19. Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
  20. Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
  21. Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
  22. Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
  23. Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
  24. Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
  25. Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
  26. Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
  27. Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
  28. Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
  29. Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
  30. Muğam. Bakı: Yazıçı, 1982, 132 səh (ərəb əlifbası ilə).
  31. Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
  32. Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
  33. Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
  34. Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
  35. Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
  36. Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
  37. Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
  38. Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
  39. Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
  40. Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
  41. Vətəndaş. Bakı: Gənclik, 1994.
  42. Fəryad. Bakı: Azərbaycan, 1995.
  43. Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996.
  44. Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998.
  45. İstiqlal. Bakı: Gənclik, 1999.
  46. Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000.
  47. Ağ atlı oğlan. Bakı: Təhsil, 2002.
  48. Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
  49. Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
  50. Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
  51. Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
  52. Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh.
  53. Ana hədiyəsi

Filmoqrafiya

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Vahabzadə Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 548-553. — 1.000 nüsx.