Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:C{{Rəssam |Adı = Cahangir Rüstəmov |Orijinal adı = Cahangir Mahmud oğlu Rüstəmov |Fəxri ad = {{Azərbaycan Respublikasının xal...' ilə yarat
[[Kateqoriya:C]]{{Rəssam
|Adı = Cahangir Rüstəmov
|Orijinal adı = Cahangir Mahmud oğlu Rüstəmov
|Fəxri ad = {{Azərbaycan Respublikasının xalq rəssamı}}
|İlk adı =
|Şəkil = Cahangir Rüstəmov (rəssam).jpg
|Şəklin eni =
|Şəkilaltı yazı =
|Doğum tarixi = {{doğum tarixi|1926|3|5}}
|Doğum yeri = [[Şəki]], [[Zaqafqaziya SFSR]], [[SSRİ]]
|Vəfatı = {{vəfat tarixi və yaşı|2007|2|13|1926|3|5}}
|Vəfat yeri =
|Əsli =
|Təbəəlik =
|Vətəndaşlığı =
|Tanınır = [[Rəssamlıq]]
|Janrı =
|Təhsili =
|Üslubu =
|İşləri =
|Hamiləri =
|Təsirlənib =
|Təsir edib =
|Mükafatları =
|Fəxri adları =
|Sayt =
|İmzası =
|VikiAnbar =
}}

'''Cahangir Mahmud oğlu Rüstəmov''' ([[5 mart]] [[1926]] – [[13 fevral]] [[2007]]) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan SSR əməkdar rəssamı.

==Həyat və yaradıcılığı==
Rüstəmov Cahangir Mahmud oğlu [[5 mart]] [[1926-cı il]]də Şəki şəhərində anadan olmuşdur. O, [[1939-cu il]]də 7 illik məktəbi bitirmişdir. 1939-1941-ci illərdə [[Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi|Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi]]ndə təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.<ref>[http://www.anl.az/down/medeniyyet2007/fevral/medeniyyet2007_fevral_149.htm Cahangir Mahmud oğlu Rüstəmov]</ref>

Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi qız”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov [[1945-ci il]]də respublika rəssamlıq sərgisində “Axırıncı düşmən əsgəri” adlı əsəri ilə iştirak etmişdir. O, [[1955-ci il]]də [[SSRİ Rəssamlar İttifaqı]] üzvlüyünə qəbul olunmuşdur. Rəssamın [[1953-cü il]]də Bakıda hesabat sərgisi açılmışdı. Cahangir Rüstəmov 1955-ci ildə “Ən yaxşı uşaq mövzusuna görə” ÜİLKGİ-nin diplom və xüsusi nişanına layiq görülmüşdür. Rəssamın [[1962-ci il]]də Bakıda “Paris-Tunis”, [[1973-cü il]]də isə [[Astara rayonu]]ndakı Nizami kolxozunda hesabat sərgisi açılmışdır. Onun əsərləri, [[1979-cu il]]də Azərbaycan rəssamlarının xarici ölkələrdə açılmış sərgilərində iştirak etmişdir.<ref>[http://www.azculture.az/r-ssamlar/ Cahangir Rüstəmov]</ref><ref>[https://edumap.az/azərbaycanin-xalq-rəssami-cahangir-rustəmovun-90-illiyinə-həsr-edilmis-fərdi-yaradiciliq-sərgisi-keciriləcək/ Azərbaycanın Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək]</ref>

Azərbaycanın təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov [[1982-ci il]]də Azərbaycan SSR əməkdar rəssamı, [[2002-ci il]]də<ref>[http://www.e-qanun.az/framework/1691 Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı]</ref> isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın [[2002-ci il]]də Bakıda V.Səmədova adına sərgi salonunda fərdi sərgisi açılmışdır. O, [[2004-cü il]]də [[Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü|Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü]] olmuşdur.<ref>[http://www.e-qanun.az/framework/5602 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı]</ref>

Cahangir Rüstəmov [[2007-ci il]]də vəfat etmişdir.

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Azərbaycanlı rəssamlar]]

Naviqasiya menyusu