Cahangir Rüstəmov
Cahangir Rüstəmov | |
---|---|
Rüstəmov Cahangir Mahmud oğlu | |
![]() | |
Cahangir Rüstəmov. | |
Doğum tarixi | 5 mart 1926 |
Doğum yeri |
Nuxa, Şəki qəzası, ![]() ![]() ![]() |
Vəfat tarixi | 13 fevral 2007 (80 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Mükafatları |
![]() ![]() |
Uşaqları | Eldar, Elşad |
Həyat yoldaşı | Solmaz Mövlayeva |
Cahangir Rüstəmov (1926 – 2007) — Azərbaycan Respublikasının xalq rəssamı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
5 mart 1926-cı il tarixdə Nuxada anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1939-cu ildə Bakıda yeddiillik məktəbi bitirib.
1939 – 1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Yaradıcılığında əsas yeri əmək mövzusuna verib. Xüsusilə, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirə bilib. Milli koloriti, emosional ruhu ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Balaca köməkçi”, “Kolxozçular”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirib.
Əsərləri Rusiyada, Türkiyədə, Livanda, İran İslam Respublikasında, Bolqarıstanda, Macarıstanda, Suriyada, Rumıniyada və bir çox başqa xarici ölkələrdə nümayiş etdirilib və onlardan bəziləri bir sıra muzeylərin, qalereyaların fondlarına daxil edilib.
Təltif və mükafatları[redaktə | əsas redaktə]
- “Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı (1982);
- “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adı (2004);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2004).
Vəfatı[redaktə | əsas redaktə]
13 fevral 2007-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.
Aləsi[redaktə | əsas redaktə]
Həyat yoldaşı: Mövlayeva Solmaz Ələkbər qızı (1928 – 2010) uzun illər Azərbaycan Dövlət Layihələndirmə İnstitutunda aparıcı memar vəzifəsində çalışıb.
Böyük oğlu: Rüstəmov Eldar, texniki elmlər üzrə fəlsəfə dokturudur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti konstruksiyaları kafedrasında dosent və FHN Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsində baş mütəxəssis vəzifəsində çalışır.
Kiçik oğlu: Rüstəmov Elşad Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimidir.
Xatirəsi[redaktə | əsas redaktə]
1 aprel – 8 aprel 2016-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil olunub.
Ədəbiyyat[redaktə | əsas redaktə]
- "Cahangir Rüstəmovun fərdi yaradıcılıq sərgisi keçirildi..." http://nationalartmuseum.az/ (azərb.). Milli İncəsənət Muzeyi. 12 Feb 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:[redaktə | əsas redaktə]
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- 5 martda doğulanlar
- Martda doğulanlar
- 1926-cı ildə doğulanlar
- 13 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2007-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar rəssamları
- Azərbaycan Respublikasının xalq rəssamları
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə