Changes

Jump to navigation Jump to search
3.315 bayt əlavə edildi ,  02:14, 18 mart 2020
Səhifəni 'Kateqoriya:Ə{{ensiklopedikləşdirmək}} {{Musiqiçi |Adı = Ələsgər Abdullayev |Orijinal adı = |Tam adı = |Digər adları = |Şəkil...' ilə yarat
[[Kateqoriya:Ə]]{{ensiklopedikləşdirmək}}
{{Musiqiçi
|Adı = Ələsgər Abdullayev
|Orijinal adı =
|Tam adı =
|Digər adları =
|Şəkil = Alasgar.jpg
|Şəkil məlumat = Abdullayev Ələsgər Baba oğlu
| Şəkil ölçüsü = 200
|Fəaliyyəti =
| Mənşə = [[Azərbaycan türkləri|Azərbaycan türkü]]
|Doğum tarixi = {{doğum tarixi|1866||}}
|Doğum yeri = [[Şəki]], Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
|Vəfatı = {{vəfat tarixi və yaşı|1929|4|1|1866|0|0}}
|Vəfat yeri = [[Bakı]], [[Azərbaycan SSR]], [[Zaqafqaziya SFSR]], [[SSRİ]]
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
| Üslub = [[Muğam]]
| Fəaliyyəti = solo ifaçı
|Rəsmi vebsaytı =
|Mükafatları =
|İmzası =
}}

'''Ələsgər Abdullayev''' (1866 – 1 aprel 1929) — Azərbaycan [[xanəndə]]<nowiki/>si.

== Həyatı ==

Ələsgər Abdullayev (Şəkili Ələsgər) 1866-cı ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın musiqi tarixində Şəkili Ələsgər adı ilə tanınmışdır. O, uşaqlıqdan xalq musiqisini sevmiş, 20 yaşından xanəndəlik etməyə başlamışdır. 1902-ci ildə Bakıda Şərq konsertlərində müvəffəqiyyətlə çıxış etmişdir. Məlahətli və zil səsi ona Zaqafqaziya və İranda şöhrət qazandırmışdır. 1914-cü ildə "Ekstrafon" səhmdar şirkəti Kiyevdə onun səsini vala yazmışdır. Şəkili Ələsgər Azərbaycan musiqi tarixində " Rahab" muğamının gözəl ifaçısı sayılır. Hal-hazırda Şəkidə fəaliyyət göstərən Musiqi Texnikumu onun adını daşıyır<ref>http://sheki-ih.gov.az/news.php?cat.24</ref>.

Xalq arasında "Şəkili Ələsgər" kimi tanınmışdır. Muğam sənətinin sirlərini xanəndə Keştazlı Həşimdən və Ağabala Ağasəid oğlundan öyrənmişdir. Bakıda fəaliyyət göstərmiş, musiqi məclislərində və "Şərq konsertləri"ndə fəal iştirak etmişdir. Böyük istedada, güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik xanəndə "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" muğamlarını, təsnif və xalq mahnılarını böyük məharətlə ifa etmiş, xüsusilə, "Rahab" muğamının ən gözəl ifaçısı kimi ad qazanmışdı.

Onun şöhrəti Azərb. hüdudlarından kənarda da yayılmışdı. O, İranın, Türkiyənin və Orta Asiyanın bir çox şəhərlərində konsertlər vermişdir. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuş və səsi qrammofon vallarına yazılmışdır. Ələsgər Abdullayevin Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə oxuduğu "Çahargah", "Rast", "Mahur-Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" muğamları və təsnifləri qrammofon vallarında qorunub saxlanılmışdır<ref>http://mugam.musigi-dunya.az/a/abdulayev_alesker.html</ref>.

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==

[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Azərbaycan xanəndələri]]

Naviqasiya menyusu