Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Ələsgər Abdullayev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Ələsgər Abdullayev
Abdullayev Ələsgər Baba oğlu
Ələsgər Abdullayev
Ələsgər Abdullayev.

Ələsgər Abdullayev (1866–1929) — güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə. Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilmişdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1866-cı ildə Nuxada (indiki Şəki), yoxsul bir ailədə anadan olub.

Xanəndəlik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Ələsgər Abdullayev.

Uşaq yaşlarından bənna köməkçisi işləyirdi. 20 yaşında xanəndə Keştazlı Həşimdən xanəndəlik sənətini öyrəndikdən sonra həm də toy məclislərində oxumağa başlayıb. Bir dəfə isə divar tikərkən oxuduğu “Segah”ı, təsadüfən, Bakıdan qonaq gəlmiş tacir-xanəndə Ağa Səid oğlu dinləyib və onu Bakıya dəvət edərək ona Bakıda daha mükəmməl oxumağı öyrədib. Bundan sonra Ələsgər Abdullayev ustad bir xanəndə kimi tanınıb.

1902 – 1903-cü illərdə Bakıda təşkil edilmiş Şərq konsertlərində “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını, gürcü mahnılarını məharətlə ifa edib. Sonralar Azərbaycanın müxtəlif şəhərlərində, həmçinin, Gürcüstanda, Dağıstanda, Orta Asiyada, Türkiyədə və İranda da konsertlər verib. İranda gözəl ifaçılıq qabiliyyətinə görə İran şahı tərəfindən qızıl saatla mükafatlandırılıb.

Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir.

1913 – 1914-cü illərdə onun Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə ifa etdiyi “Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabur-segah”, “Rahab” və “Şüştər” muğamları Tiflis və Kiyev şəhərlərində “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən vala yazılıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1 aprel 1929 tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. .../mode/2up Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I  cild. — Səhifələrin sayı:  648. — Səh.: 16. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 19. — 1.000 nüsx.
  3. Mete Ə. Şəkili Ələsgər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 501-502. — 500 nüsx.
    Şuşalı F. Azərbaycan xalq musiqişünasları. — Bakı, 1985. — Səh.: 174 – 178.
  4. Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 29. — ISBN 978-9952-441-02-4.
  5. ...

Bildiriş[HTML redaktə]

...