Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya: F{{Alim |Piktoqram = musiqişünas |Adı = Fərəh Əliyeva |Orijinal adı = Əliyeva Fərəh Şirməmməd qızı...' ilə yarat
[[Kateqoriya: F]]{{Alim
|Piktoqram = musiqişünas
|Adı = Fərəh Əliyeva
|Orijinal adı = Əliyeva Fərəh Şirməmməd qızı
|Şəkil = Fərəh Əliyeva.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1961|9|7}}
|Doğum yeri = Bakı
|Vəfatı =
|Vəfat yeri =
|Anası = [[Ülkər Hüseynova]]
|Atası = [[Şirməmməd Hüseynov]]
|Vətəndaşlıq = {{USSR}}→{{AZE}}
|Elm sahəsi = sənətşünaslıq
|Alma mater =
|Təhsili =
|İş yeri = Prezident Administrasiyası
|Elmi dərəcəsi = sənətşünaslıq üzrə elmlər doktoru
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları = {{Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi|2017}}
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Fərəh Əliyeva''' — Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014 – 2018), sənətşünaslıq elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017).

== Həyat və fəaliyyəti ==

7 sentyabr 1961-ci il tarixdə Bakı şəhərində – Nuxadan Bakıya köçmüş ziyalıların ailəsində anadan olub.

1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildən orada “Musiqi tarixi” kafedrasında işləmiş, sənətşünaslıq elmləri namizədi (1994), sənətşünaslıq elmləri doktoru (2008) elmi dərəcələrinə, professor elmi adına (2005) yiyələnmişdir. 1994-cü ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Konservatoriyası/Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

2006–2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəlcə “Musiqi sektoru”nun müdiri olmuş, daha sonra “İncəsənət” şöbəsinə rəhbərlik etmişdir.

2 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilmiş, 2018-ci ilə qədər həmin vəzifədə işləmişdir. 11 may 2018-ci il tarixdən isə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

Azərbaycan musiqi tarıxınə dair 3 monoqrafiyanın ( “Azərbaycan musiqisində üslub axtarışları” (1994); “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007); “Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010)), “Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” üçcildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur.

==Mükaftları==
* 1994 – Üzeyr Hacıbəyovun 110 illiyinə həsr olunmuş musiqişünasların I Respublika müsabiqəsinin laureatı;
* 2003 – “Humay” milli mükafatı.

==İstifadə edilmiş əsas mənbələr==
* [http://web.archive.org/web/20180215222508/http://admiu.edu.az/az.php?go=rektor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti//Rektor//Fərəh Əliyeva].
{{Yaxşı məqalə}}
[[Kateqoriya:Azərbaycan musiqişünasları]]
[[Kateqoriya:Azərbaycan alimləri]]

Naviqasiya menyusu