5.483 bayt əlavə edildi
, 15:29, 21 sentyabr 2020
[[Kateqoriya:V]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:113,_114_və_115_saylı_seçki_dairələrindən_Milli_Məclis_üzvlüyünə_namizədlər_(2020)]]
{{Şəxs
|Adı = Vüqar İskəndərov
|Orijinal adı = Vüqar Yapon oğlu İskəndərov
|Şəkil = Vüqar İskəndərov.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı =
|Digər adı =
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1972|12|30}}
|Doğum yeri =
|Vəfat tarixi =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı = {{AZE}}
|Atası =
|Anası =
|Milliyəti = [[azərbaycanlı]]
|Tanınır = Avropa çempionu
|Vikianbar =
}}
'''Vüqar İskəndərov''' — Milli Məclisin üzvü.
== Həyatı ==
=== Təhsili ===
Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1979-cu ildə Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
=== Ailəsi ===
Ailəlidir. 2 övladı var.
== Fəaliyyəti ==
Vüqar İskəndərov 1993-cü ilin 1 iyunundan 1995-ci ilin 14 avqustuna kimi Şəki “Məsul” idman cəmiyyətində karate-do üzrə məşqçi-müəllim, 1995-ci ilin 6 sentyabrından 1998-ci ilin 2 sentyabrına kimi “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə baş mühəndis, 1998-ci ilin 6 sentyabrından 1999-cu ilin 22 aprelinə kimi Şəki 62 nömrəli “Təmir-tikinti” idarəsində iqtisadçı, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. O, 2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunmuşdur. 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir.
Həmin ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olmuşdur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq respublika turnir və çempionatlarının qalibləri və mükafatçıları olmuşlar. Vüqar İskəndərov dünyanın 37 ölkəsində [[Azərbaycan]]ı idman və digər sahələrdə təmsil etmişdir.
Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur<ref>[http://sheki-ih.gov.az/page/22.html?fbclid=IwAR1uhcM6qZRij7ZjYVEtaLcLUbHn49W7DFSCpbH9xMYi2k1HnrnObJCZnEE Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi]</ref>. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010-2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Vüqar İskəndərov Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır. O, “Liderlik” və “Vaxtın idarə olunması” proqramları üzrə təlimçi olmuşdur.
== Təltif və medalları ==
* 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində II-yerə layiq görülmüş, II-Dan qara kəmər ustasıdır.
* 1994-cü ildə isə Respublika çempionu olmuşdur.
* 1996-cı ildə Dünya kubokunda bürünc medal və qara kəmər ( beynəlxalq dərəcəli) I-Dana layiq görülmüşdür.
* 1998-ci ildə qara kəmər II-Dan və beynəlxalq dərəcəli hakimliyə layiq görülmüşdür.
* 2001-ci ildə qara kəmər II-Dana layiq görülmüşdür.
* 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olmuşdur.
* 31 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur<ref>[http://www.e-qanun.az/framework/41336?fbclid=IwAR1mzXxSE3BUW7KTrNUyPHJh5uVt8xmpxs-no6-Lr8K1oRT2TlJV653if2w Vüqar İskəndərov]</ref>.
*2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 İlliyi" yubiley medalı ilə təltif edilib.
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[az: Vüqar İsgəndərov]]