1551-ci ildə Şah Təhmasib böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərvişməhəmməd xanın sığındığı [[Gələrsən-Görərsən qalası|“Gələsən-Görəsən”]] qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə “Gələsən-Görəsən”dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərvişməhəmməd xanın özü həlak oldu. | 1551-ci ildə Şah Təhmasib böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərvişməhəmməd xanın sığındığı [[Gələrsən-Görərsən qalası|“Gələsən-Görəsən”]] qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə “Gələsən-Görəsən”dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərvişməhəmməd xanın özü həlak oldu. |