Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{istinadsız}} {{Şəxs |adı = Yusif xan Şəkinski |orijinal adı = Yusif xan Həsən ağa oğlu Şəkinski |şəkil = Yusif xan Şəkins...' ilə yarat
{{istinadsız}}
{{Şəxs
|adı = Yusif xan Şəkinski
|orijinal adı = Yusif xan Həsən ağa oğlu Şəkinski
|şəkil = Yusif xan Şəkinski.jpg
|şəklin ölçüsü =
|şəklin izahı =
|digər adı =
|doğum tarixi = 1887
|doğum yeri = Şuşa
|vəfat tarixi =
|vəfat yeri =
|vəfat səbəbi =
|dəfn yeri =
|vətəndaşlığı =
|milliyyəti =
|atası = Həsən ağa Süleyman xan oğlu Şəkinski
|dini =
|ixtisası =
|təhsili =
|fəaliyyəti =
|fəaliyyət illəri =
|tanınır =
|mükafatları =
|imzası =
|imzanın ölçüsü =
|imzanın izahı =
|saytı =
|vikianbar =
}}

'''Şəkinski Yusif xan Həsən ağa oğlu'''-(1887-?), — Qarabağda, Şuşada məşhur olan şəkinskilər soyuna mənsubdur. Bu soy Qarabağa Şəki xanlığından gəlib. Şəki hakimi Səlim xan Qacarlar dövlətinə qaçarkən oğlu Süleyman xanı xalası Gövhərnisə ağa bəyim İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşirin yanında qoymalı oldu. Süleyman xan çar ordusunda xidmət etmiş, podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Təqaüdə çıxandan sonra İran qaçmış, Təbriz şəhərində rus alayı tərəfindən tutulmuş, Rusiyaya qaytarılmışdı. O, Tambov şəhərində həbsxanada yatmışdı.

== Həyatı ==
1887-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu. Daha sonra gimnaziyada təhsilini davam etdirmişdi. 1900-cü ildən 1907-ci Peterburq Texnologiya institutunda oxumuşdu. Bir müddət Petroqraddakı Putilov zavodunda mühəndis kimi çalışmışdı.

Yusif xan Şəkinski Lütfəli bəy Behbudovla dostluq edirdi.

Yusif xan Şəkinski 1912-ci ildən 1918-ci ilədək Hacı Zeynalabdin Tağıyevin mədənlərində mühəndis işləmişdi. Sonra özü şirkət yaratmışdı.

Yusif xan Şəkinski 1920-ci ildən sonra İrana qaçıb. (Yusif xan Şəkinskiyə aid fotonun və bəzi faktların dəqiqləşdirilməsinə görə məşhur tədqiqatçı, professor Ədalət Tahirzadəyə minnətdarıq. - Ənvər Çingizoğlu, jurnalist-etnoqraf)

== Ailəsi ==

Atası Həsən ağa Süleyman xan oğlu 1842-ci ildə Şuşa şəhərində anadan olmuşdu. atası Süleyman xan Şəkinski tutulandan sonra Gövhərağa bəyim İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Şuşa qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Həsən ağa Şəkinski böyük mülkədar idi. Həm atasından, həm də atasının xalası Gövhər ağadan ona xeyli mülk miras qalmışdı. Miraslardan biri də karvansara idi.

Həsən ağa Şəkinski Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin qəhrəmanlarındandır.

Həsən ağa 14 iyul 1898-ci ildə vəfat edib.

Həsən ağanın Süleyman xan, Əziz xan, Yusif xan adlı oğlanları, Sitarə bəyim adlı qızı vardı.

== İstinadlar ==

== Mənbə ==

*Ənvər Çingizoğlu, "Yusif xan Şəkinski: Şəkidən Şuşaya qədər həyat yolu"
*[http://xudaferin.eu/yusif-xan-skinski-skidn-susaya-qdr-hyat-yolu.html]

==Həmçinin bax==

*[[Həbib ağa Şəkinski]]

== Xarici keçidlər ==
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:1803-cü ildə doğulanlar]]
[[Kateqoriya:Şuşada vəfat edənlər]]
[[Kateqoriya:Şəkinskilər]]
134

edits

Naviqasiya menyusu