Changes

Jump to navigation Jump to search
10.413 bayt əlavə edildi ,  01:16, 2 dekabr 2020
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış teatr xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]][[Kateqoriya:Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]]
{{Dövlət xadimi
|adı = Məmmədsadıq Əfəndiyev
|tam adı = ''Əfəndiyev Məmmədsadıq Mirzə Əhməd oğlu''
|şəkil = Məmmədsadıq Əfəndiyev.jpg
|şəklin ölçüsü =
|şəklin izahı = Məmmədsadıq Əfəndiyev
|titul = Azərbaycan SSR xalq maarifi komissarı
|bayraq = COA Azerbaijan SSR.png
|bayraq2 = Flag of Azerbaijan SSR.svg
|dövr əvvəl = 1937
|dövr son = 1938
|sələfi =
|xələfi =
|doğum tarixi = {{Doğum tarixi|1902|7|5}}{{Sfnaz|Teyyub Qurban|2012, 23 – 25 iyun|p=15}}
|doğum yeri = Aşqabad, Zakaspiyski vilayəti, {{Rusİmp}}
|vəfat tarixi = {{Vəfat tarixi|1943|5|}} (40 yaşında)
|vəfat yeri = Kerç, Krım MSSR, {{RSFSR}}, {{SSRİ}}
|təhsili =
|elmi dərəcəsi =
|elmi adı =
|təhsili = Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutu (1931 – 1933)
|atası = Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (1828 – 1919){{Sfnaz|İmruz Əfəndiyeva|2020|p=}}
|anası = Səltənət Hüseyn qızı (? – 1914)
|həyat yoldaşı =
|uşağı = İmruz Əfəndiyeva
|imzası =
|mükafatları =
|Commons =
}}
'''Məmmədsadıq Əfəndiyev''' – Azərbaycan sovet dövlət xadim, yazıçı, teatrşünas, pedaqoq; 1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışmışdır. Sovet milis polkovniki [[Məmmədəmin Şəkinski|Məmmədəmin Şəkinskinin]] qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş [[Əkrəm Şəkinski|Əkrəm Şəkinskinin]] isə əmisidir.

==Haqqında məlumatlar==
5 iyul 1902-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyib.

1909-cu ildə ailəvi olaraq [[Şəki|Nuxa]] şəhərinə qayıdıblar.

1914-cü ildə anası – Səltənət Hüseyn qızı,

1919-cu ildə isə atası – Mirzə Əhməd vəfat edib.

===Təhsili===
1913 – 1920-ci illərdə Nuxa klassik kişi gimnaziyasında təhsil alıb.

1920-ci ildə Bakı şəhərinə – Azərbaycan hərbi məktəbinə, təhsil almaq üçün göndərilib. Hərbi məktəbin 1-ci buraxılışını fərqlənmə diplomu ilə bitirib.

1931 – 1933-cü illərdə Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunda təhsil alıb.

===Əmək fəaliyyəti===
Maddi çətinliklər ucbatından 1919-cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə mürəttib işləyib.

1920-ci ildən hərbi sahədə çalışmağa başlayıb.

1920-ci ilin ortalarından 1925-ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib. Lakin səhhətindəki problemlərlə bağlı olaraq xidmətdən 1925-ci ildə istefaya çıxıb.

1925 – 1929-cu illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini və Teatral Texnikumun direktoru,

1930-cu illərin əvvəllərində Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direktor köməkçisi vəzifəsində çalışıb.

1931 – 1933-cü illərdə Moskvada təhsil alarkən Moskva Dövlət Kinematoqrafiya İnstitutunda, M.N.Pokrovski adına Kommunist Universitetində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında teatrşünaslıq, teatr tarixi, dialektik və tarixi materializm fənlərindən dərs deyib.

1935 – 1937-ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi, Azərbaycan KP MK-nın təbliğat və təşviqat, mətbuat və nəşriyyat şöbələrinin müdiri vəzifəsində çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (sosial-iqtisadi intizam kafedrasının müdiri olub). Eyni zamanda, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.

1937 – 1938-ci illərdə Azərbaycan SSR xalq maarifi komissarı vəzifəsində çalışıb.

1940-cı ilin iyununda Azərbaycan SSR Xalq Komissarları Sovetinin sosial-mədəni qrupunun elmi rəhbəri,

1941-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun direktoru, daha sonra Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

===Elmi – ədəbi fəaliyyəti===
1933-cü ildə “Azərbaycan dramaturjisinin problemləri və inkişaf perspektivləri” mövzusunda dissertasiyasını hazırlasa da, müdafiə etmək üçün imkan tapa bilməyib.

3 monoqrafiyanın – “Proletar teatrosu uğrunda” (Bakı, 1931), “Bakılı işçi öz türk işçi teatrı haqda nə bilməlidir?” (rus dilində; Bakı, 1931) və “N.A.Dobrolyubov” (Bakı, 1936) monoqrafiyalarının müəllifidir.

Bir sıra pyesləri azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda '''Nuri Nuriyev''' imzası ilə çıxış edib.

===Siyasi fəaliyyəti===
1919-cu ildə Nuxada bolşevik təşkilatına üzv yazılıb.

===Digər===
1938-ci ildə haqsız olaraq həbs edilib. Uzun sürən araşdırmalardan sonra 1940-cı ildə həbsdən azad olunub.

===Mükafatları===
*Qızıl silah – Dövlət Təhlükəsizlik Komitəsinində xidmət edərkən (1920 – 1925) peşəkarlığına və nümunəvi fəaliyyətinə görə.

===Vəfatı===
1942-ci ildə cəbhəyə göndərilib və həmin il Kerç ətrafında gedən döyüşlərdə həlak olub.

===Xatirəsi===
1983-cü ildə 80 illik yubileyi keçirilib.

4 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 41 ünvanındakı binaya Mirzə Əhməd bəy oğlu Əfəndiyevlə bağlı memorial lövhənin vurulmasına qərar verib.

19 dekabr 2008-ci il tarixdə barelyefin açılışı olub.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, barelyefin müəllifi, əməkdar rəssam Arif Qazıyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İnqilab Kərimov və başqaları tədbirdə XX əsrdə milli teatrımızın və incəsənətimizin inkişafında Məmmədsadıq Əfəndiyevin xidmətlərindən danışıblar.

====Şəkillər====
<gallery mode=packed-hover heights= "200px" widths= "200px" >
Şəkil:Məmmədsadıq Əfəndiyev3.jpg|Məmmədsadıq Əfəndiyevin 80 illiyi; soldan sağa: Fərəh Şəkinskaya, [[Barat Şəkinskaya]], Süleyman Rüstəm, Ağa Sadıx Gəraybəyli, Şəmsi Bədəlbəyli, Məmməd Sadıxov, Həsən Ağayev, Məmməd Bağır müəllim (AzPİ-nin dosenti), Mərayim Fərzəlibəyov, – Aktyor evi, may, 1983-cü il. may.
Şəkil:Məmmədsadıq Əfəndiyev4.jpg|Ayaq üstə: Sadıx Cəlilov, Kamil Abdullayev, Həsən Quliyev, Məhərrəm Bədirzadə. Əyləşənlər: Soldan sağa - Süleyman Vəliyev, İmruz Əfəndiyeva, Şəmsi Bədəlbəyli, Həqiqət Əsgərzadə, Ağamadıq Gəraybəyli, Hüseyn Şərif. 30 may, 1983-cü il.
Şəkil:Məmmədsadıq Əfəndiyev2.jpg|Məmmədsadıq Əfəndiyevin vaxilə Bakıda yaşamış olduğu binaya vurulmuş barelyef.
</gallery>

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Ədəbiyyat ==
*{{ASE|4|245|Əfəndiyev Məmmədsadıq}}
*{{ŞAZ|1|155 – 157}}
*{{cite web | last =|url=https://www.muallim.edu.az/www.old/arxiv/2011/33/23.htm |title=Azərbaycanın təhsil nazirləri/Məmmədsadıq Əhməd oğlu Əfəndiyev |author= |date=26 Avqust 2011 |website=https://www.muallim.edu.az/ |publisher=Azərbaycan müəllimi |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20170918003112/https://www.muallim.edu.az/www.old/arxiv/2011/33/23.htm |archivedate =18 Sep 2017 |ref = harv}}
*{{cite web | last =|url=http://anl.az/down/medeniyyet2008/dekabr/medeniyyet2008_dekabr_343.htm |title=Teatrşünas Məmmədsadıq Əfəndiyevin barelyefinin açılışı olmuşdur |author= |date=20 dekabr 2008|website=http://anl.az/ |publisher=“Respublika” qəzeti |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20201201164530/http://anl.az/down/medeniyyet2008/dekabr/medeniyyet2008_dekabr_343.htm |archivedate = 1 Dec 2020|ref = harv}}
*{{cite web | last =|url=https://edebiyyatqazeti.az/news/muzakire/5800-atam-haqqinda-xatireler |title=Atam haqqında xatirələr |author=İmruz Əfəndiyeva |date=2020 |website= https://edebiyyatqazeti.az/|publisher=Ədəbiyyat qazeti |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20201201164645/https://edebiyyatqazeti.az/news/muzakire/5800-atam-haqqinda-xatireler |archivedate =1 Dec 2020 |ref = harv}}
*{{məqalə
| müəllif = Teyyub Qurban
| başlıq = Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski
| orijinal =
| link = http://www.anl.az/down/meqale/express/2012/iyun/ex6.htm
| dil = az
| cavabdeh =
| nəşrin müəllifi =
| nəşr = Ekspress
| tip = qəzet
| yer = Bakı
| nəşriyyat =
| il = 2012, 23 – 25 iyun
| cild =
| buraxılış =
| nömrə =
| səhifələr = 15
| isbn =
| issn =
| doi =
| bibcode =
| arxiv =
| pmid =
| ref = Teyyub Qurban
| archiveurl = https://web.archive.org/web/20201201110011/http://www.anl.az/down/meqale/express/2012/iyun/ex6.htm
| archivedate = 1 Dec 2020
}}
{{Yaxşı məqalə}}
[[az:Məmmədsadıq Əfəndiyev]]

Naviqasiya menyusu