Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Mükafat |Adı = "Azərbaycan Bayrağı" ordeni |Şəkil = Azərbaycan Bayrağı ordeni-2009.png |Şəklin eni = 150px |Lentin şəkli = Az...' ilə yarat
{{Mükafat
|Adı = "Azərbaycan Bayrağı" ordeni
|Şəkil = Azərbaycan Bayrağı ordeni-2009.png
|Şəklin eni = 150px
|Lentin şəkli = Azərbaycan Bayrağı ordeni - lent (2009).png
|Orijinal adı =
|Deviz =
|Ölkə = {{AZE}}
|Tip = orden
|Kimə verilir2 = Orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;

- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;

- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;

- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;

- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
|Status = təqdim olunur
|Parametrlər = 37 mm x 50 mm
|Təsis tarixi = 6 dekabr 1993
|İlk təltif =
|İlk laureat =
|Son təltif =
|Son laureat =
|Sayı =
|Əvvəlki mükafat = [["Şah İsmayıl" ordeni]]
|Sonrakı mükafat = [["Rəşadət" ordeni]]
|Müvafiqdir =
|Vikianbar = Azerbaijani Flag Order

'''"Azərbaycan Bayrağı" ordeni''' — Azərbaycan Respublikasının ordeni.

== Statusu ==
Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
:- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
:- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
:- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
:- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
:- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

"Azərbaycan Bayrağı" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda [["Şah İsmayıl" ordeni]]ndən sonra taxılır.

== Təsviri ==
"Azərbaycan Bayrağı" ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altındakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür. Üstündəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Bayrağı" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlibəlavə olunur.

{| class="wikitable" align="center" border="1" cellpadding="2"
! style="background:#efefef;" | '''2009-cu ilə qədər'''
! style="background:#efefef;" | '''2009-cu ildən'''

| align="center" | [[Şəkil:Azerbaijani Flag Order (until 2009).png|75px]]
| align="center" | [[Şəkil:Azərbaycan Bayrağı ordeni-2009.png|85px]]

! colspan="3" style="background:#efefef;" | Lent

| align="center" | [[Şəkil:Azərbaycan Bayrağı ordeni - lent (until 2009).png|center|90px]]
| align="center" | [[Şəkil:Azərbaycan Bayrağı ordeni - lent (2009).png|center|90px]]

== "Azərbaycan Bayrağı" ordeni poçt markası üzərində ==
[[Şəkil:Stamps of Azerbaijan, 2011–964.jpg|right|thumb|200px|2011-ci ildə buraxılmış poçt markası]]
2011-ci ilin 5 sentyabr|sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Azərbaycan Bayrağı" ordeninə həsr olunmuşdur<ref>[http://www.ictnews.az/read.php?lang=1&content=3531 Yeni markalar çap olunub. '''ictnews.az'''] {{az}}</ref><ref>[http://www.azermarka.az/index_az.php?subaction=showfull&id=1315998676&archive=&start_from=&ucat=1& 05.09.2011. Azərbaycan Respublikasının Ordenləri. '''azermarka.az'''] {{az}}</ref>.

== Təltif edilənlər ==
{{Əsas|:az:"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlərin siyahısı}}

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Mənbə ==
*"Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu
*"Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu

== Xarici keçidlər ==
*[http://www.scribd.com/doc/33748053/Ordenl%C9%99r-v%C9%99-Medallar#page50 Ordenlər və medallar, səh. 23-24]

== Həmçinin bax ==
*[[Azərbaycan bayrağı]]

{{Azərbaycan Respublikasının dövlət təltifləri}}

[[Kateqoriya:"Azərbaycan Bayrağı" ordeni| ]]

Naviqasiya menyusu