11.731 bayt əlavə edildi
, 00:21, 26 mart 2020
[[Kateqoriya:R]]{{Kino sənətçisi
|Adı = Rasim Ocaqov
|Orijinal adı = Ocaqov Rasim Mirqasım oğlu
|Şəkil = Rasim_Ocaqov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|İlk adı =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi|1933|11|22}}
|Doğum yeri =
|Vəfatı = {{vəfat tarixi və yaşı|2006|7|11|1933|11|22}}
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası = Mirqasım Ocaqov
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi = kinorejissor, kinooperator
|Milliyyəti = [[azərbaycanlı]]
|Vətəndaşlıq =
|Fəaliyyət illəri =
|İstiqamət =
|Mükafatları = {{Azərbaycan SSR xalq artisti|1982}} {{Azərbaycan SSR əməkdar incəsənət xadimi|1967}} {{Azərbaycan SSR dövlət mükafatı|1980}} {{SSRİ dövlət mükafatı|1981}}<br/>{{"Şöhrət" ordeni (Azərbaycan)}}
|imdb_id = 0644183
|İmzası =
|Sayt = http://rasimocaqov.sheki.az/
}}
'''Ocaqov Rasim Mirqasım oğlu''' — Azərbaycan kinorejissoru,<ref>Mahmudbəyov, Ə. Məşhur rejissorun reanimasiyada həkimdən xahişi: “Ölümümə bais olmayın”: [kinorejissor Rasim Ocaqov haqqında rejissor və aktyor Əbdül Mahmudbəyovun xatirələri] //Bizim yol.- 2015.- 15 iyul.- S.15.</ref> kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).
== Həyatı ==
Rasim Ocaqov [[1933]]-cü il [[22 noyabr|noyabr ayının 22]]-də [[Azərbaycan]]ın [[Şəki]] şəhərində anadan olub. [[1951]]-[[1956]]-cı illərdə [[Moskva]]da [[ÜDKİ]]-nin kinooperatorluq fakültəsində təhsil alıb.<ref>Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. [[Sergey Yutkeviç|С. И. Юткевич]]; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.</ref> Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. [[1956]]-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, [[1973]]-cü ildən quruluşçu rejissor işləyib.
[[Şəkil:Rasim Ocaqov01.jpg|200 px|thumb|left]]
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü"<ref>[http://www.anstv.ws/site/video/22541-bizim-kino-13-02-2016 Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016]</ref>, "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
R.Ocaqov [[2006]]-cı ildə [[Bakı]]da dünyasını dəyişib.
== Mükafatları ==
* Azərbaycan SSR xalq artisti — 01.12.1982<ref name="kino01.12.1982">[http://www.anl.az/down/he_serencamlar.pdf Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli '''Fərmanı'''] — '''anl.az''' saytı</ref>
* [[Azərbaycan]]ın və [[SSRİ]]-nin Dövlət mükafatları laureatı
== Xatirəsi ==
2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir<ref>[http://olaylar.az/news/culture/61684 Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub — '''olaylar.az''' saytı]</ref>.
[[2018]]-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=PUjNWvsKu-M |title=Rasim Ocaqovun 85 illiyinə həsr olunmuş müsabiqə keçirilir |author=CBC |date= 22.08.2018|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2018-08-26 |language=az }}</ref>
==Filmoqrafiya==
[[File:Rasim Ocaqovun Bakıda xatirə lövhəsi.jpg|thumb|300px|right|Rasim Ocaqovun xatirə lövhəsi ([[Bakı]])]]
[[File:Rasim Ocaqovun Şəkidə xatirə lövhəsi.jpg|thumb|300px|right|Rasim Ocaqovun xatirə lövhəsi ([[Şəki]])]]
===Tammetrajlı bədii filmlər===
'''''Rejissor kimi'''''
#[[Qatır Məmməd (film, 1974)]]
#[[Tütək səsi (film, 1975)]]
#[[Ad günü (film, 1977)]] (tammetrajlı bədii film)
#[[İstintaq (film, 1979)]]
#[[Bağlı qapı (film, 1981)]]
#[[Park (film, 1984)]]
#[[Özgə ömür (film, 1987)]]
#[[Ölsəm... bağışla (film, 1989)]]
#[[Qətldən yeddi gün sonra (film, 1991)]]
#[[Təhminə (film, 1993)]]
#[[Həm ziyarət, həm ticarət... (film, 1995)]]
#[[Otel otağı (film, 1998)]]
'''''Operator kimi'''''
#[[Bir məhəllədən iki nəfər (film, 1957)]]
#[[Onun böyük ürəyi (film, 1958)]]
#[[Əsl dost (film, 1959)]]
#[[Bizim küçə (film, 1961)]]
#[[Əmək və qızılgül (film, 1962)]]
#[[Sən niyə susursan? (film, 1966)]]
#[[Bir cənub şəhərində (film, 1969)]]
#[[Abşeron ritmləri (film, 1970)]]
#[[Ən vacib müsahibə (film, 1971)]]
#[[Skripkanın sərgüzəşti (film, 1972)]]
#[[Ömrün ilk saatı (film, 1973)]]
'''''Bədii rəhbər kimi'''''
#[[Əlavə iz (film, 1981)]]
#[[Süd dişinin ağrısı (film, 1987)]]
#[[Məhkumlar (film, 2007)]]
'''''İkinci rejissor kimi'''''
#[[Sən niyə susursan? (film, 1966)]]
'''''İkinci operator kimi'''''
#[[Uzaq sahillərdə (film, 1958)]]
===Qısametrajlı bədii filmlər===
'''''Rejissor kimi'''''
#[[Şosedə hadisə (film, 1960)]]
'''''Operator kimi'''''
#[[Yolda əhvalat (film, 1960)]]
#[[Matteo Falkone (film, 1960)]]
#[[Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)]]
===Sənədli filmlər===
'''''Rejissor kimi'''''
#[[Bakı bu gün (film, 1958)]]
#[[Abidələr danışır (film, 1964)]] (qısametrajlı sənədli film)
#[[Dağıstan konserti (film, 1964)]]
#[[Çiçək yağışı (film, 1971)]]
'''''Operator kimi'''''
#[[Bakı bu gün (film, 1958)]]
#[[Məhəmməd Füzuli (film, 1958)]]
#[[Abidələr danışır (film, 1964)]]
#[[Dağıstan konserti (film, 1964)]]
#[[Azərbaycanın səhnə ustaları (film, 1965)]]
#[[Çiçək yağışı (film, 1971)]]
'''''İştirak etdiyi filmlər'''''
#[[Azərbaycan kinosu-80 (film, 1996)]]
#[[Kinorejissor Həsən Seyidbəyli (film, 2002)]]
===Sənədli televiziya filmləri===
'''''Operator kimi'''''
#[[Konsert proqramı (film, 1964)]]
#[[Məhəbbət haqqında əfsanə (film, 1967)]]
#[[Şur (film, 1967)]]
'''''İştirak etdiyi film'''''
#[[Özgə vaxtın doğma anları (film, 2002)]]
==="Mozalan" süjetləri===
'''''Rejissor kimi'''''
#[[Çay daşının göz yaşı... (film, 1971)]]
#[[Müşavirə (film, 1971)]]
#[[İcazə (film, 1972)]]
#[[Çardaş (film, 1973)]]
#[[Heyif siqnalından (film, 1978)]]
#[[Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)]]
#[[Hami (film, 1981)]]
#[[Fövqəladə hadisə (film, 1982)]]
#[[Rəngli yuxu (film, 1982)]]
#[[Metamarfoza (film, 1983)]]
#[[Alayarımçıq (film, 1984)]]
#[[Bəhrə (film, 1984)]]
#[[Çıxış yolu (film, 1984)]]
#[[Xəbərdarlıq (film, 1984)]]
#[[Çexski unitaz (film, 1985)]]
#[[Gözdən uzaq... (film, 1985) (I)]]
#[[Məsələ yerdə deyil... (film, 1985)]]
#[[Ögeylik (film, 1985)]]
#[[Arayış (film, 1986)]]
'''''Operator kimi'''''
#[[Çay daşının göz yaşı... (film, 1971)]]
#[[Arzu (film, 1972)]]
'''''Ssenari müəllifi kimi'''''
#[[Müşavirə (film, 1971)]]
#[[İcazə (film, 1972)]]
#[[Çardaş (film, 1973)]]
#[[Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)]]
#[[Hami (film, 1981)]]
#[[Rəngli yuxu (film, 1982)]]
#[[İntizam (film, 1983)]]
#[[Metamarfoza (film, 1983)]]
#[[Alayarımçıq (film, 1984)]]
#[[Çexski unitaz (film, 1985)]]
#[[Məsələ yerdə deyil... (film, 1985)]]
#[[Mastika (film, 1986)]]
== İstinadlar ==
<references/>
== Mənbə ==
* “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
* “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964.
* Кино: Энциклопедический словарь / Гл. ред. [[Sergey Yutkeviç|С. И. Юткевич]]; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304.
* Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
* Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
* Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814-816.
== Xarici keçidlər ==
* [http://rasimocaqov.sheki.az/ Rəsmi saytı]
* [http://www.azeriart.net/kino/ocaqov.htm Rasim Ocaqov]
* [https://www.youtube.com/watch?v=38Z12PmIpEg Rasim Ocaqov Şəkidə anılıb]
== Həmçinin bax ==
{{Rasim Ocaqovun filmləri}}
[[Kateqoriya:Rasim Ocaqov| ]]
[[Kateqoriya:SSRİ kinorejissorları]]
[[Kateqoriya:SSRİ kinooperatorları]]
[[Kateqoriya:Azərbaycan kinorejissorları]]
[[Kateqoriya:Azərbaycan kinooperatorları]]
[[Kateqoriya:Azərbaycan ssenaristləri]]
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]
[[Kateqoriya:ÜDKİ məzunları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər]]