8.352 bayt əlavə edildi
, 20:29, 26 mart 2020
[[Kateqoriya:Ş]]'''Şəki əyaləti'''; '''Nuxa əyaləti''' — 1819-1840-cı illər arasında [[Rusiya İmperiyası]]nın Cənubi Qafqazdakı bir inzibati ərazisi.
[[Şəkil:Cənubi Qafqaz 1826-1828-ci illərdi (xəritə).jpg|400px|left|thumb|Cənubi Qafqaz 1826-1828-ci illərdə]]
== Tarixi ==
1819-cu ildə [[Şəki xanlığı|Şəki xanı]] [[İsmayıl xan Xoyski| İsmayıl xan]]ın ölümündən sonra Şəki xanlığının yerində yaradılmışdı. [[22 aprel]] (10 aprel) 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış [[Kaspi vilayəti]]nin tərkibinə daxil edilmiş və bundan sonra [[Şəki qəzası]] adlanmışdı.
{{əsas|Nuxa qəzası}}
Şəki əyaləti xan üsul-idarəsinin davamı demək idi, sadəcə, burada xan yox idi. Məsələn, Şəki xanlığında olduğu kimi Şəki əyalətindən də Rusiya İmperiyasına ildə 7 min çervon [[bac]] verilməliydi. Şəki xanlığı kimi, Şəki əyalətinin də öz hərbi qüvvələri vardı və bu qüvvələr bəzən əyalət ərazisindən kənarda hərbi əməliyyatlar keçirirdi<ref>Məsələn, bax: [[Almalı döyüşü]]</ref>.
1826-cı ildə – [[II Rus — İran müharibəsi]]nin əvvəllərində, İran şahzadəsi [[Abbas Mirzə]] böyük bir ordu ilə [[Cənubi Qafqaz]]a daxil olarkən o, Şəkinin yerli xanlarının nəslindən olan [[Hüseyn xan (Səlim xanın oğlu) |Hüseyn xana]] qoşun verib [[Nuxa]]ya göndərmiş, Hüseyn xan isə öz növbəsində [[11 avqust]] [[1826-cı il]] tarixdə Nuxaya daxil olmuşdu. Hüseyn xanın Nuxaya gəlməsi, 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası demək idi. Lakin [[Qafqaz]]dakı rus qoşunlarının baş komandanı knyaz [[Aleksey Yermolov|Yermolov]] [[31 oktyabr]] tarixdə böyük bir ordu ilə Nuxaya yaxınlaşarkən, Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.
{{əsas|Hüseyn xan (Səlim xanın oğlu)}}
[[1838]]-ci ilin [[13 sentyabr]] tarixində isə Hüseyn xanın oğlu [[Məşədi Məmməd/İsgəndər xan]] [[ləzgilər|ləzgi]] qoşunu ilə [[Dağıstan]]dan hərəkətə keçib Nuxanı tutdu və [[Nuxa qalası]]nı mühasirəyə aldı. Hansı ki bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə yerləşirdi. Həmçinin şəhər əhalisinin bir qismi - əsasən tacirlər və ermənilər də buraya sığınmışdılar. Lakin ruslar tərəfindən şəhərə digər yerlərdən əlavə hərbi qüvvələrin yeridilməsindən və 2 günlük şiddətli döyüşlərdən sonra [[Məşədi Məmməd/İsgəndər xan]] [[16 sentyabr]] tarixində, gecə vaxtı gətirdiyi[[ləzgilər]]lə Nuxadan geri çəkilməyə məcbur oldu.
{{əsas|Məşədi Məmməd/İsgəndər xan}}
== Əhalinin sayı və milli tərkib ==
1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı əhalinin sayı 97338 nəfərdən ibarət olmuşdu<ref>Камералное описание жителей города Нухи и Шекинской провинции за 1824 год, составленоно капитаном Харченновым и поручиком Скоржинским. Dövlət Tarix Arxivi, fond 24; № 1, s/v.162 </ref>.
:
{| class="wikitable"
|-
! № !! Mahalın, yaxud şəhərin adı!! Tatarlar (müsəlmanlar) kişilər+qadınlar!! Ermənilər (qriqoryan xristianlar) kişilər+qadınlar!!Gürcülər (yerli provoslav xristianlar) kişilər+qadınlar!! Yəhudilər (kişilər+qadınlar) !! '''Əhalinin cəmi sayı'''
|-
| 1. || Nuxa şəhəri || 6 008 + 5 825 ||780 + 738 || 0|| 0 ||'''13 351'''
|-
| 2. || Şəki mahalı (90 kənd)|| 13 349 + 11 780 || 3 715 + 3 196 || 368+338 || 539 + 509||'''33 794'''
|-
| 3. || Ərəş mahalı (27 kənd)|| 2 058 + 1 861 || 476+440 || 0 ||0||'''4 835'''
|-
| 4. || Ağdaş mahalı (34 kənd)|| 2 434 + 2 745 || 0 || 0 || 0||'''5 179'''
|-
| 5. || Padar mahalı (14 kənd)|| 1 646 + 1 461 || 0|| 0|| 0||'''3 107'''
|-
| 6. || Alpaut mahalı (24 kənd)|| 2 430 + 2 216 || 89+78 || 0|| 0||'''4 813'''
|-
| 7. || Qutqaşen mahalı (38 kənd)|| 5 840 + 5 001 || 1 132 + 966 || 0 || 0||'''12 939'''
|-
| 8. || Xaçmaz mahalı (26 kənd)|| 5 630 + 4 903 ||628 + 649 || || 0||'''11 810'''
|-
| 9. || Bum mahalı (20 kənd)||2 694 + 2 399 ||1 301 + 1 116 || 0 || 0||'''7 510'''
|-
| '''Cəmi:''' ||''' 1 şəhər 273 kənd''' || '''42 089 + 38 191''' ||'''8 121 + 7 183'''||'''368 + 338'''|| '''539 + 509'''||'''97 338'''
|}
Nəzərə alınmalıdır ki, siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər isə erməni kimi qeydə alınıb. O cümlədən Qutqaşın mahalının Sultan Nuxa kəndinin nə erməni və nə də udin dilini bilməyən, ana dilləri azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni kimi qeydə alınmışdır. Yəhudilərin yaşadığı yeganə kənd isə yenə Vartaşen kəndi idi. Ləzgilər də siyahıyaalmada "tatar" kimi qeydə alınıb, amma 3-4 kəndin ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir. Ermənilər isə 2 kateqoriyaya ayrılırdı: yerli ermənilər və Xoy erməniləri. Məsələn, Cəfərabad kəndində yalnız Xoy ermənilərinin 100 ailəsi məskunlaşmışdı, onlar Cəfərqulu xanla birlikdə Xoydan gəlmişdilər. Nuxa şəhərində isə Xoy ermənilərinin 65 ailəsi yaşayırdı.
Cədvəldən göründüyü kimi Şəki əyaləti əhalisinin az qala yarısı Nuxa şəhəri və Şəki mahalında yaşamışdı və yerdə qalan hər bir mahalın əhalisinin sayı Şəki mahalının əhalisinin sayı ilə müqaisədə dəfələrlə az imiş. Nəzərə alınmalıdır ki hələ 15-ci əsrdə, [[Şirvanşahlar dövləti]]nin vaxtında, həmin 7 mahalın ərazisi Şəki – Şirvan arasında mübahisəli ərazilər idi və son nəhayətdə, Hacı Çələbi xan tərəfindən Ərəş və Qəbələ sultanlıqlarının Şəki xanlığına birləşdirilməsi nəticəsində bu ərazilər Şəki xanlığının oldu. Yəni sözgedən 7 mahal əslində Ərəş və Qəbələ sultanlıqlarının mahalları idilər.
=== Mahalların böyük kəndləri; və əhalısı 1000 nəfərə yaxın, yaxud daha çox olan kəndlər ===
==== Şəki mahalı ====
* Göynük 3433 nəfər
* Vartaşen 3203 (müsəlmanlar: 282; qriqoryan udinlər: 1067; provoslav udinlər: 706; yəhudilər: 1148 )
* Küngüt 1787 nəfər
* Biləcik 1576
* Zəyzit 1382 nəfər
* Kiş 1269
* Cəlut 1048 (müsəlmanlar: 218; qriqoryan udinlər: 830)
* Oxut 1034
* Daşağıl 1002 nəfər (kəndə yaşayan 227 ailədən 45-i ləzgi ailəsidir)
* Layski 987 nəfər
* Baş Dəhnə 927 nəfər
* Aşağı Şabalud 808 nəfər
* Kiçik Dəhnə 794 nəfər
==== Ərəş mahalı ====
* Xaldan 632 nəfər (102 nəfər erməni)
==== Ağdaş mahalı ====
* Kolukatı 433 nəfər
* Ağciazi 333 nəfər
==== Padar mahalı ====
* Qaradağlı Padar 630 nəfər
* Ləki 604 nəfər
==== Alpout mahalı ====
* Alpout Ağcibali 488
==== Qutqaşın mahalı ====
* Qutqaşın 3126 nəfər
* Vəndam 2162 nəfər
==== Xaçmaz mahalı ====
* Xaçmaz 3466 nəfər
* Filfili (Ləzgi kəndidir, Doqquzpara mahalından köçüblər) 1001 nəfər
* Xalxal 987 nəfər
* Padar 726 nəfər (erməni: 161 nəfər)
==== Bum mahalı ====
* Nic 1997 nəfər (müsəlmanlar: 341 nəfər; qriqoryan udinlər: 1656 nəfər)
* Bum 1470 nəfər
* Qəmzəli 734 nəfər
== Ərazisi ==
Şəki əyalətinin qəzaya çevrilməsindən sonra onun ərazisi ən azı 6176,3 verst² idi<ref name="Демоскоп Weekly">{{cite web |url=http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=63|title= 1897-ci ildə sabiq Şəki əyalətinin yerində 2 qəza vardı: 1.Nuxa qəzasının sahəsinin 3346,7 verst²; 2. Ərəş qəzasının sahəsinin isə 2829,6 verst². Bax: Первая всеобщая перепись населения Российской Империи 1897 г.}}{{ru}}. </ref>.
== İstinadlar ==
<references/>
[[Kateqoriya:Şəki]]
[[Kateqoriya:XIX əsr tarixi]]
[[Kateqoriya:Əyalətlər]]