4.826 bayt əlavə edildi
, 20:48, 30 yanvar 2021
{{Mükafat
|Adı = Azərbaycan Respublikası <br> Prezidentinin Fəxri Diplomu
|Şəkil = Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu.jpg
|Şəklin eni = 250px
|Lentin şəkli =
|Ölkə = {{Flaqifikasiya|Azərbaycan}}
|Tip = diplom
|Status = təqdim olunur
|Təsis tarixi = 17 oktyabr 2007
|İlk təltif = 30 iyun 2008
|İlk laureat = {{Bayraq|Azərbaycan}} Cəlal Əliyev
|Son təltif =
|Son laureat =
}}
'''Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu''' — 17 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikası Prezidentinin 639 nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi.
== Təltif edilənlər ==
Fəxri diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında mədəniyyət, incəsənət, ədəbiyyat, elm, təhsil, səhiyyə, jurnalistika, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə yüksək nailiyyətlər qazanmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə kollektivlərə onların əməyinin qiymətləndirilməsi məqsədilə verilir. Nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri diplom eyni şəxsə və ya kollektivə təkrar verilmir. Lakin nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri diplom almış şəxsə
və ya kollektivə nəzərdə tutulmuş digər sahələrdə qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri diplom verilə bilər. Eyni zamanda nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı yüksək nailiyyətlərə görə fəxri diplom almış şəxsə və ya kollektivə həmin sahədə qazandığı yeni nailiyyətlərə görə yenidən fəxri diplom verilə bilər.
Fəxri diplom almış şəxs vəfat etdikdə, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə fəxri diplom həmin şəxsin ailəsinə və ya yaxın qohumlarına təqdim edilir. Bununla yanaşı Fəxri diplom almış şəxs vəfat etdikdə vərəsələrinin razılığı ilə onun fəxri diplomu saxlanmaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər. Həmçinin Fəxri diplom almış kollektiv üzvlərinin razılığı ilə fəxri diplom saxlanmaq üçün kollektivin tabe olduğu quruma və ya nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.
== Təltif edən orqan ==
Fəxri diplom Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə, habelə Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası məhkəmələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər orqanların fəxri diploma təqdim edilən şəxs və ya kollektiv barədə təqdimatı əsasında verilir.
Diplom Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, nəzərdə tutulmuş orqanlarda, fəxri diplom verilən şəxslərin işlədikləri əmək kollektivlərində, müxtəlif müşavirələrdə, toplantılarda və digər yığıncaqlarda təqdim edilir. Diplomun təqdim edilməsi fəxri diplom verilən şəxs və ya kollektivin üzvləri tərəfindən imzalanan və fəxri diplomu təqdimetməni həyata keçirən orqanın möhürü vurulan protokolla rəsmiləşdirilir. Protokol Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.
== Məhrum edilmə halları ==
Fəxri diplom almış şəxs fəxri diplomdan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilə bilər:
* fəxri diplom almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda — həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;
* fəxri diplom almış şəxs (kollektiv) fəxri diplomla bir araya sığmayan hərəkət etdikdə — fəxri diplomun verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın (təşkilatın) təqdimatına əsasən.
Fəxri diplomdan məhrum edilmiş şəxsdə olan həmin fəxri diplom Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına qaytarılmalıdır.
== Həmçinin bax ==
* [[:az:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlərin siyahısı|Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlərin siyahısı]]
== İstinadlar ==
{{İstinad siyahısı|2}}
{{Azərbaycan Respublikasının dövlət təltifləri}}