1964-cü ildə Moskvada çap olunmuş “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası o dövrdə bütün SSRİ riyaziyyatçılarının stolüstü kitabına çevrilib və dərslik kimi sovet ali məktəblərində tədris edilib. 1967-ci ildə isə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub.