Changes

Jump to navigation Jump to search
4.061 bayt əlavə edildi ,  17:13, 27 mart 2020
Səhifəni 'Kateqoriya:V{{Alim |Şəkil = şəkil yoxdur-kişi.svg |Şəkil məlumat = |Şəkil miqyası = 200 |Adı = VİLAYƏT ƏLİYEV |Tam adı = Vilayət Hüseyn oğlu Əliy...' ilə yarat
[[Kateqoriya:V]]{{Alim
|Şəkil = şəkil yoxdur-kişi.svg
|Şəkil məlumat =
|Şəkil miqyası = 200
|Adı = VİLAYƏT ƏLİYEV
|Tam adı = Vilayət Hüseyn oğlu Əliyev
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1938|08|23}}
|Doğum yeri = [[Daşbulaq]], [[Şəki]] {{AzSSR}}
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Rəsmi vebsaytı =
}}

'''Vilayət Hüseyn oğlu Əliyev ''' ([[23 avqust]] [[1938]], [[Daşbulaq]], [[Şəki]] — [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, [[professor]], əməkdar müəllim.

== Həyatı ==

Vilayət Əliyev 1938-ci il avqust ayının 23-də Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. Ailələri dəfələrlə repressiyaya məruz qalmışdır. <ref> [http://www.aspu.az/az/index.php?option=com_content&view=article&id=50:administration-page-1-3&catid=17:administration-page&Itemid=22 Vilayət Hüseyn oğlu Əliyev] </ref>

[[1962]]-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, elə həmin ildə [[Dilçilik İnstitutu|Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun]] türkologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.

== Elmi fəaliyyəti ==

Tanınmış türkoloq, akademik [[Məmmədağa Şirəliyev]] Azərbaycan və özbək dillərinin müqayisəli qrammatikası üzrə mövzu müəyyənləşdirmiş və gənc tədqiqatçıya görkəmli türkoloq, akademik [[Qəni Əbdürrəhmanov]]u elmi rəhbər məsləhət bilmişdir. Elmi axtarışlar onu Daşkənd şəhərinə gətirmiş, türk dünyası ilə yaxından tanış olmağa, [[özbək dili]]ni öyrənməyə imkan yaratmışdır. Daşkənd şəhərində çalışarkən tanınmış və şöhrətli eloğlumuz, şair, dramaturq, alim, professor [[Maqsud Şeyxzadə]] ilə yaxından tanış olmuşdur. Sonralar bu tanışlıq dostluğa çevrilmişdir. Maqsud Şeyxzadənin iki cildlik bədii əsərinin Azərbaycan dilinə tərcüməsində fəal iştirak etmişdir. Bu dostluq və [[Özbəkistan]]dakı türk mühiti onun bir şəxsiyyət kimi yetişməsinə təkan vermiş və gənc tədqiqatçını türkçülük, azərbaycançılıq ideyaları ilə zənginləşdirmişdir.

[[1965]]-ci ildə Daşkənd şəhərində "Özbək və Azərbaycan dillərində feli sifət" mövzusunda namizədlik dissertasiyasını Maqsud Şeyxzadənin və akademik Məmmədağa Şirəliyevin qatıldığı Müdafiə Şurasında özbək dilində çox böyük uğurla müdafiə etmişdir. [[1990]]-cı ildə isə Bakıda "Azərbaycan dilində felin təsriflənməyən formaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-dən çox elmi məqalənin, "Azərbaycan dilində felin təsriflənməyən formaları", "Məsdər", "Azərbaycan dilində feli sifət", "Azərbaycan dilində feli bağlama", "Azərbaycan dilində felin perifrastik formaları", "Toponimika", "Azərbaycan toponimiyası", "H.Əliyevin dil siyasəti", "Zəngəzurda qalan izimiz" kimi kitabların müəllifidir. Azərbaycan EA-nın nəşr etdirdiyi 3 cildlik "Müasir Azərbaycan dili" əsərinin müəlliflərindən biridir. "Deportasiya", "Kitabi-Dədə Qorqud – 1300", "Qədim Naxçıvan – 75", "Urud", "Filologiya məsələləri", "Pedaqoji Universitetin xəbərləri" və digər elmi-publisistik əsərlərin elmi redaktorudur. 1997-ci ildən ADPU-nun elmi işlər üzrə prorektorudur. Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün Azərbaycan MEA-nın Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan MEA-nın Birləşmiş İxtisaslaşdırılmış Müdafiə Şurasının həmsədridir.

== Mənbə ==
<references/>

[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:Dilçilər]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:91-lər]]

Naviqasiya menyusu