1956-cı ildə Şahid [[Şəki|Nuxa (Şəki) şəhərindəki]] mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti [[Məmmədkəbir Hacıoğlu]]nun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə [[Qulu Əsgərov]] onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid [[Xırdalan]]dakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız [[Şəfiqə Axundova]] ilə sıx əlaqə saxlamışdır. | 1956-cı ildə Şahid [[Şəki|Nuxa (Şəki) şəhərindəki]] mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti [[Məmmədkəbir Hacıoğlu]]nun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə [[Qulu Əsgərov]] onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid [[Xırdalan]]dakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız [[Şəfiqə Axundova]] ilə sıx əlaqə saxlamışdır. |