| Həqiqətən də nə üçün də o, öyünməsin? Axı hələ 1945-ci ildə Yardımlı rayon rabitə kantorunda etdiyi cinayət üstündə 2 il cəzaya məhkum edilərkən o, nəinki yaxasını qurtara bilmiş, hətta lütfən rabitə nazirliyi müvəkkilliyində baş inspektor vəzifəsinə təyin olunmuşdu. İkicə ay keçməmiş öz rəislərinin iltifatı ilə Abbasov rayon rabitə kantoruna başçılıq etmək üçün Ağdama göndərildi. O, burada rabitə işçilərini sıxışdırıb pul alır, teleqrafçı və telefonçu qadınları ələ salıb, onları birgə yaşamağa məcbur edir, namuslu işçiləri zəhərləyir. O, naqan tapançadan tavana atəş açmaqla özünə tabe olan işçiləri qorxudur. Rayonun rəhbər işçilərinin telefon danışıqlarına gizli olaraq qulaq asmaqla çəkişmə və dedi-qodu ilə məşğul olur. Lakin Abbasovu mühakimə etmir, partiyadan çıxarmır, rabitə orqanlarından qovmurlar. Onu sadəcə olaraq Yevlağa və sonra da Puşkinə “dəyişirlər” ki, oralarda da öz “şücaətini” göstərir. | | Həqiqətən də nə üçün də o, öyünməsin? Axı hələ 1945-ci ildə Yardımlı rayon rabitə kantorunda etdiyi cinayət üstündə 2 il cəzaya məhkum edilərkən o, nəinki yaxasını qurtara bilmiş, hətta lütfən rabitə nazirliyi müvəkkilliyində baş inspektor vəzifəsinə təyin olunmuşdu. İkicə ay keçməmiş öz rəislərinin iltifatı ilə Abbasov rayon rabitə kantoruna başçılıq etmək üçün Ağdama göndərildi. O, burada rabitə işçilərini sıxışdırıb pul alır, teleqrafçı və telefonçu qadınları ələ salıb, onları birgə yaşamağa məcbur edir, namuslu işçiləri zəhərləyir. O, naqan tapançadan tavana atəş açmaqla özünə tabe olan işçiləri qorxudur. Rayonun rəhbər işçilərinin telefon danışıqlarına gizli olaraq qulaq asmaqla çəkişmə və dedi-qodu ilə məşğul olur. Lakin Abbasovu mühakimə etmir, partiyadan çıxarmır, rabitə orqanlarından qovmurlar. Onu sadəcə olaraq Yevlağa və sonra da Puşkinə “dəyişirlər” ki, oralarda da öz “şücaətini” göstərir. |
− | 1951-ci ildə Abbasov öz rəislərinin xüsusi iltifatına layiq oldu. Onun “xidmətləri” vəzifəsinin artırmaqla qeyd olundu. Abbasovu Naxçıvan vilayət rabitə kantorunun rəhbəri təyin etdilər. Lakin o, burada radio nöqtələri üçün alınmış abunə haqlarına qurduğu bir kələklə dolaşır. Abbasovun harayına çataraq onu işin öhdəsinə gələ bilmədiyi kimi vəzifədən azad edir və Qazıməmməd rabitə kontoruna rəis göndərirlər. Lakin burada əl-qol açmaq çətin idi. Daha böyük maştablar lazım gəlir. Odur ki 7 aydan sonra Abbasov özünü Nuxaya saldı. Abbasovun Nuxadakı “şücaətləri” haqqında yuxarıda nəql etdik. Göründüyü kimi öz daimi havadarlarının diqqət və qayğısı ilə qanatlanaraq o, burada tam müvəffəqiyyətlə “işin öhdəsindən gəlir”. | + | 1951-ci ildə Abbasov öz rəislərinin xüsusi iltifatına layiq oldu. Onun “xidmətləri” vəzifəsinin artırmaqla qeyd olundu. Abbasovu Naxçıvan vilayət rabitə kantorunun rəhbəri təyin etdilər. Lakin o, burada radio nöqtələri üçün alınmış abunə haqlarına qurduğu bir kələklə dolaşır. Abbasovun harayına çataraq onu işin öhdəsindən gələ bilmədiyi kimi vəzifədən azad edir və Qazıməmməd rabitə kontoruna rəis göndərirlər. Lakin burada əl-qol açmaq çətin idi. Daha böyük maştablar lazım gəlir. Odur ki 7 aydan sonra Abbasov özünü Nuxaya saldı. Abbasovun Nuxadakı “şücaətləri” haqqında yuxarıda nəql etdik. Göründüyü kimi öz daimi havadarlarının diqqət və qayğısı ilə qanadlanaraq o, burada tam müvəffəqiyyətlə “işin öhdəsindən gəlir”. |