Changes

Jump to navigation Jump to search
7.296 bayt əlavə edildi ,  19:22, 4 iyul 2023
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
{{Musiqiçi
|Adı = Zair Mustafayev
|Tam adı = Mustafayev Zair Veysəl oğlu
|Şəkil = Zair_Mustafayev.jpg
|Şəklin izahı = Zair Mustafayev.
|Şəklin ölçüsü = 160
|Fəaliyyəti = vokal ifa etməyən çalğıçı
|Doğum adı =
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1949|6|1}}
|Doğum yeri = [[Nuxa]] (indiki Şəki), {{AzSSR}}, {{SSRİ}}
|Vəfat tarixi =
|Vəfat yeri =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Peşəsi =
|Həyat yoldaşı =
|Uşağı = iki övlad
|Partnyoru =
|Atası =
|Anası =
|Mənşə =
|Üslub =
|Ləqəbi =
|Musiqi aləti = qarmon
|Səs tembri =
|Fəaliyyət illəri =
|Albom şirkəti =
|Əlaqələri =
|Təhsili = {{*}}[[Şəki pedaqoji məktəbi|Nuxa/Şəki pedaqoji məktəbi]], ibtidai sinif müəllimi ixtisası (1964–1968)

{{*}}Azərbaycan Politexnik İnstitutu, memarlıq fakultəsi (1970–1975)
|Üzvlüyü =
|Mükafatları =
|İmzası =
|Adının digər versiyası = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır -->
|Sayt =
|Commons =
}}
'''Zair Mustafayev''' — tanınmış qarmon ifaçısı və musiqiçi-pedaqoq. Vaxtilə Şəkidə fəaliyyət göstərmiş “Zirvə” vokal-instrumental ansamblının üzvü və solisti olmuşdur.

==Haqqında məlumatlar==
1 iyun 1949-cu il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.

===Təhsili===
1956 – 1964-cü illərdə əvvəl Nuxa şəhər 16 saylı ibtidai məktəbində, sonra isə Nuxa şəhər 11 saylı orta məktəbində,

1964 – 1968-ci illərdə [[Şəki pedaqoji məktəbi|Nuxa/Şəki pedaqoji məktəbində]],

1970 – 1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsində təhsil alıb.

===Əmək fəaliyyəti===
6 sentyabr 1966-cı il – 9 sentyabr 1968-cı il tarixləri arasında Şəki/Nuxa şəhər mədəniyyət evində qarmon dərnəyinin rəhbəri,

10 sentyabr 1968-ci il – 30 avqust 1970-ci il tarixləri arasında Şəki şəhər pionerlər evində qarmon dərnəyinin rəhbəri,

24 mart 1976-cı il – 14 sentyabr 1981-ci il tarixləri arasında [[V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi|V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində]] mühəndis-memar,

1 oktyabr 1980-cı il – 15 oktyabr 2021-ci il tarixləri arasında [[Şəki Musiqi Kolleci|Şəki Musiqi Kollecində]]/[[Şəki Pedaqoji Kolleci |Şəki Pedaqoji Kollecində]] qarmon ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

===Musiqi fəaliyyəti===
1960-cı ildən sərbəst şəkildə qarmon çalmağı öyrənməyə başlayıb.

1968-ci ilin avqustunda Şəkidən Moskvaya – SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə, göndərilən müsiqiçilər arasında yer alıb.

1971 – 1974 –cü illərdə – institutda təhsil aldığı dövrdə, bəstəkar və dirijor, [[Azərbaycan SSR xalq artisti|xalq artisti]] Nəriman Əzimovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında və paralel olaraq, görkəmli baletmeyster, xalq artisti Əlibaba Abdullayevin rəhbərlik etdiyi özfəaliyyət rəqs ansamblında qarmon ifaçısı kimi fəaliyyət göstərib. Bu dövrdə ansambılın tərkibində müntəzəm olaraq Azərbaycan televiziyasında çıxış edib.

1971-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ali-texniki məktəb özfəaliyyət kollektivlərinin “TaşPi-71” Ümumittifaq Festivalında,

1972-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə Moskvada kosmonavtları hazırlayan Bauman adına Ali Texniki Məktəbdə keçirilən tədbirdə, həmçinin yubileylə əlaqədar Ümumittifaq Televiziyasının keçirdiyi və bütün SSRİ ərazisində yayımladığı festival konsertində institut ansamblının və institut rəqs kollektivinin qarmon ifaçısı kimi çıxış edib.

1977 – 2009-ci illərdə “Zirvə” vokal-instrumental ansamblında üzv və solist kimi fəaliyyət göstərib. O cümlədən,

1978-ci ildə Moskvada – XTN sərgisində keçirilən festivalda (“Zirvə” bu zaman qızıl medalla təltif olunmuşdur),

1983-cü ildə Rusiyanın Kaqalım şəhərində Sibir neftçiləri qarşısında çıxış edən Şəki incəsənət kollektivinin tərkibində,

1990-cı ildə Bakı şəhərində “Xarıbülbül” beynəlxalq rəqs festivalının H.Əliyev sarayında keçirilən yekun konsertində iştirak edib.

1993-cü ildə [[Ələsgər Abdullayev|Şəkili Ələsgərin]] (Xanəndə Ələsgər Abdullayev) xatirəsinə həsr olunmuş muğam festivalında “Rahab” muğamını ifa edib (bu ifa 21 mart 1994-cü ildə Az.TV-də yayımlanıb).

1994-cü ildə isə həmin festivalda “Orta mahur” muğamını ifa edib.

1995-ci ilin iyul ayında Türkiyənin Bursa şəhərində keçirilən “Beynəlxalq Rəqs festivalı”nın və 1996-cı ildə Eşmə şəhərində keçirilən “Kilim festivalı”nın iştirakçısı olub.

1999-cu ildə 10-u qədim xalq rəqslərindən, 5-i isə özünün bəstələdiyi rəqslərdən ibarət olan məcmuə çap etditib. Rəqs melodiyalarını özü nota alaraq, qarmon üçün işləyib.

2012-ci ildə görkəmli qarmon ifaçısı Avtandil İsrafilovun 15 rəqs melodiyasını nota alaraq qarmon üçün işləyib və “Avtandil İsrafilov – Rəqslər” adlı not kitabını çap etdirib.

2017-ci ildə, müxtəlif vaxtlarda ifa etdiyi və fortepiano ilə qarmon üçün işlədiyi “Mənzərə”, “Yağış”, “İpək yolu”, “Rəqs-kompozisiya”, “Əsgəri”, “Qoşa çinar”, “Könül nəğməsi” və qarmon üçün yazılmış ilk “Etüd”dən ibarət olan “Qoşa çinar” adlı not kitabının siqnal nüsxəsi çap olunub. Bu kitabdakı əsərləri Zair Mustafayev özü nota alaraq fortepiano müşayiətini də yazıb. Kitaba Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor Cəmilə Həsənova rəy verib.

“İpək yolu” adlı əsəri 2019-cu ildə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, prof. [[Firəngiz Əlizadə|Firəngiz Əlizadənin]] rəhbərliyi ilə Şəkidə
keçirilmiş Simpoziumda səsləndirilib.

2019-cu ilin sonu – 2020-ci ilun əvvəllərində 17 muğam və 8 zərb-muğamı ifa edərək aidiosunu yazdırıb və onları qarmon ifaçıları üçün veb-dərslik kimi “Youtube”yə yerləşdirib.

Naviqasiya menyusu