Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:Əd. 300px|thumb|Davud bəy Şərifov. ''Müəlliflər:'' '''Nərgiz Əliyeva, Nasir Quluzadə, Emin Məmmədov''' 1925-...' ilə yarat
[[Kateqoriya:Əd.]]
[[Fayl:Davud bəy Şərifov.png|300px|thumb|Davud bəy Şərifov.]]

''Müəlliflər:'' '''Nərgiz Əliyeva, Nasir Quluzadə, Emin Məmmədov'''

1925-ci ilin avqustunda Nuxa qəzasındakı bədii və arxeoloji abidələrin öyrənilməsi məqsədilə təşkil edilmiş arxeoloji səfərə D.Şərifov başçılıq edirdi.
Onunla birlikdə muzeyin digər əməkdaşı, Şərq İncəsənəti şöbəsinin müdiri M.A.Fabri də Nuxa qəzasına ezam olunmuşdu. Onlar səfər zamanı Azərbaycan Tədqiq və Tətöbbə Cəmiyyəti Nuxa bölməsinin sədri R.Əfəndiyevin və yerli icra hakimiyyəti orqanının nümayəndəsi A.İzmailovanın xidmətlərindən bəhrələnmişlər. Uzun müddət
Xan sarayındakı bəzi divar rəsmlərinin tədqiqi və surətlərinin çıxarılması üzrə işləri yerinə yetirdikdən sonra, D.Şərifov qəzadakı uzaq keçmişə aid abidələri öyrənmək məqsədilə ilk olaraq şəhərin qərbinə, daha sonra isə qəzanın şərq ərazilərinə baxış keçirməyi qərara almışdı. O, qarşısına qoyduğu vəzifəni yerinə yetirmək məqsədilə əsasən Şirvanın mərkəzinə və onun ətraf rayonlarına yaxın olan ərazilərə hərəkət etməyi düşünürdü və bunun üçün hərəkət marşrutu da tərtib etmişdi.

Marşruta aşağıdakılar daxil idi:

1.Şərqə, Qutqaşen kəndi istiqamətində getmək və yolüstü etnoqrafik baxımdan maraqlı olan Vartaşen, Vardanlı və Nic kəndlərini öyrənmək;

2.Qutqaşen kəndindən sonra dağ silsiləsindən keçərək Gəzrə kəndinə gəlmək, burada hicri təqvimlə VII əsrə aid qəbirstanlığa və məqbərəyə baxmaq, eləcə də qala xarabalığını nəzərdən keçirmək;

3.Daha sonra Dəmiraparan çayın axını ilə yuxarı, Qəbələ şəhərinin xarabalıqlarına kimi qaxmaq nəzərdə tutulmuşdu<ref>Шарифов Д. Некоторые памятники искусства и древности Нухинского уезда. Машинопись на 9 -ти листах. Научный архив «Центр комплектования и систематизации научного наследия Азербайджана» при Президиуме Национальной Академии наук Азербайджана, Фонд № 1, ед. х. 87, кор. 4. С. 1</ref>.

Qeyd olunduğu kimi D.Şərifov Nuxa qəzasında ilk araşdırmalarını Şəki xanlarının evindən başlamışdı. Bu evə baxış R.Əfəndiyevin təklifi əsasında keçirilmişdi. Evi təsvir edən D.Şərifov onun kərpic divardan ibarət olduğunu, həyətinə giriş yerinin çatma tağ şəklində olduğunu qeyd etmişdi. Daha sonra evin iki mərtəbəli olub, birinci mərtəbəsinin digər tikililərdən elə də fərqlənmədiyini bildirmişdi. D.Şərifovun Şəki xanlarının evi ilə bağlı verdiyi təsvirdən aydın olur ki, birinci mərtəbənin orta otağındakı pilləkəndən ikinci mərtəbəyə qaxmaq mümkündür. Qapılar sadə əl işi olub, pəncərələr isə çox da böyük olmayıb, ikitaylıdırlar. İkinci mərtəbəyə qalxdıqdan sonra çox da böyük olmayan dəhlizə girmək olur. Buradakı qapıdan isə İran üslubunda bəzədilmiş qonaq otağına keçmək lazım gəlir. Otağın
quruluşunu təsvir edərkən, pəncərələrin oymalı olduğunu, aşağıdan yuxarıya doğru açıldığını, döşəmədən başladığını və bütün divarı əhatə etdiyini bildirmişdi. Otağın divar təsvirləri D.Şərifovu xüsusilə heyran etmişdi. Otağın buxarısının hər iki tərəfindəki dayaz taxtçalarda kətəbələr şəklində verilmiş “Leyli və Məcnun”
əsərindəki qəhrəmanların təsviri də onda böyük maraq yaratmışdı. Elə buxarının özü də bədii işləmə baxımdan D.Şərifovun diqqətini cəlb etmişdi<ref>Шарифов Д. Некоторые памятники искусства и древности Нухинского уезда. Машинопись на 9 -ти листах. Научный архив «Центр комплектования и систематизации научного наследия Азербайджана» при Президиуме Национальной Академии наук Азербайджана, Фонд № 1, ед. х. 87, кор. 4. С. 2</ref>.

Vəhşi meyvə ağaclarının bitdiyi və “Almalı” adı ilə tanınan yarğanın üstündə, qayanın yarğana tərəf çıxıntısında yerləşən qədim məscid də D.Şərifovda böyük maraq oyatmışdı. Məscidin qapısının üzərindəki yazıdan məlum olmuşdu ki, o 1692-ci ildə inşa olunmuşdu. Divarları yonulmamış daşdan olan və görkəmsiz tikili
təəssüratı bağışlayan bu məscidin ön tərəfindəki şəbəkəli pəncərələri ilə insanı heyrətləndirirdi. Bu pəncərələr də quruluş baxımından Xan sarayı və Şəki xanlarının
evində olduğu kimi yuxarıya doğru sürüşdürülməklə açılır. Pəncərələrin şəbəkələri fars-ərəb üslubunda olduğu kimi künclərdə altı, mərkəzdə isə səkkiz guşəli ulduz
verilmişdi. D.Şərifov Şəkidə olduğu zaman gördüyü bütün şəbəkəli pəncərələrin çinar ağacından hazırlandığını öyrənmişdi. Pəncərələr hər hansı bir boya ilə
rənglənməmişdilər. Onların təbii qəhvəyi rəngini saxlamaq üçün yağla sadə cilalamaq üsulundan istifadə olunurdu. Yenə də R.Əfəndiyevin təklifi ilə D.Şərifov bu dəfə
Şəki şəhərinin su kəmərlərinə diqqət yetirmişdi. Onların arasında hələ müstəqil xanlıqlar dövründə çəkilmiş qədim kəmərlər də mövcud olmuşdu. Demək olar ki,
bütün kəmərlər Şəkini əhatə etmiş dağların bulaqlarından suyu şəhərə gətirirdi.

D.Şərifov Şəkidə maraqla nəzərdən keçirdiyi məkanlardan biri də dağın ətəyində yerləşən qədim qala olmuşdu. Bu qədim qalanın divarları böyük təpəni əhatə
edirdi. Qalanın xarabalığına iki darvaza aparırdı. Dairəvi bürclərə malik bu qala divarlarının qalınlığı 2,5 m-ə çatırdı. Qalanın əhatə etdiyi ərazinin sahəsi 15 desyatin (və ya 163881 m²) idi. Burada bağla birlikdə Xan sarayından başqa şəhər xəstəxanası, keçmiş hərbi lazaretin tikililəri, keçmiş poçt idarəsinin və xəzinənin xarabalıqları yerləşirdi<ref>Шарифов Д. Некоторые памятники искусства и древности Нухинского уезда. Машинопись на 9 -ти листах. Научный архив «Центр комплектования и систематизации научного наследия Азербайджана» при Президиуме Национальной Академии наук Азербайджана, Фонд № 1, ед. х. 87, кор. 4. С. 3</ref>.

D.Şərifov bundan sonra Şəki şəhərinə ötəri nəzər yetirdikdən sonra avqustun 26-da Qutqaşen kəndinə yollanmışdı...

'''Mənbədən ixtisarla:''' {{Sayta istinad|url=https://www.academia.edu/41004208/Davud_b%C9%99y_%C5%9E%C9%99rifovKitab-albom |author =Nərgiz Əliyeva|author2 = Nasir Quluzadə|author3= Emin Məmmədov |authorlink= |title=Davud bəy Şərifov |page=25-27|subtitle= |deadlink= |archiveurl= |archivedate= |lang=az |showlang=|responsible= |website=Nargiz Aliyeva (academia.edu) |websiteurl=https://science.academia.edu/NargizAliyeva?swp=rr-ac-41004208 |type= |date= |accessdate= 04.06.2024|quote= |quoteup= |description= |ref= }}

Naviqasiya menyusu