1743-cü ildə Şəkidə Nadir şaha qarşı üsyanın başlaması barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində məlumat var. Lakin sonuncu bu üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim edirsə{{Sfn|Kərim ağa Fateh|1958|s=17}}, birinci və ikinci müəlliflər isə 1743-cü ildə Şirvanda və ətrafında baş vermiş Səfi mirzə (Sam mirzə) üsyanının Şəkini də əhatə etdiyini göstərirlər{{sfn|Мухаммад-Казим|1966|сс=131a-131b}}{{sfn|Козлова А.Н. (11)|2011|сс=98-99}}<sup>,</sup>{{sfn|Molla Məhəmməd əl-Cari (1)|1997|s=42}}. 20 dekabr 1743-cü il tarixdə Sam mirzənin ordusu Şamaxı yaxınlığında şah ordusuna məğlub oldu. Bundan sonra Sam mirzənin müxtəlif yerlərdəki, o cümlədən Qəbələdəki və Şəkidəki tərəfdarlarının ailəvi məhv edilməsinə göstəriş verildi. Şirvanda çox adam öldürüldü{{sfn|Мухаммад-Казим|1966|сс=131a-131b}}{{sfn|Козлова А.Н. (11)|2011|сс=98-99}}, lakin cəza dəstəsinin Şəkiyə gəlib çıxıb-çıxmaması məlum deyil. | 1743-cü ildə Şəkidə Nadir şaha qarşı üsyanın başlaması barədə Məhəmməd Kazımın, Molla Məhəmməd əl-Carinin, Kərim ağa Şəkixanovun və digər müəlliflərin əsərlərində məlumat var. Lakin sonuncu bu üsyanı Şəki məliyi Məlik Nəcəfqulu ilə vəkil Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi təqdim edirsə{{Sfn|Kərim ağa Fateh|1958|s=17}}, birinci və ikinci müəlliflər isə 1743-cü ildə Şirvanda və ətrafında baş vermiş Səfi mirzə (Sam mirzə) üsyanının Şəkini də əhatə etdiyini göstərirlər{{sfn|Мухаммад-Казим|1966|сс=131a-131b}}{{sfn|Козлова А.Н. (11)|2011|сс=98-99}}<sup>,</sup>{{sfn|Molla Məhəmməd əl-Cari (1)|1997|s=42}}. 20 dekabr 1743-cü il tarixdə Sam mirzənin ordusu Şamaxı yaxınlığında şah ordusuna məğlub oldu. Bundan sonra Sam mirzənin müxtəlif yerlərdəki, o cümlədən Qəbələdəki və Şəkidəki tərəfdarlarının ailəvi məhv edilməsinə göstəriş verildi. Şirvanda çox adam öldürüldü{{sfn|Мухаммад-Казим|1966|сс=131a-131b}}{{sfn|Козлова А.Н. (11)|2011|сс=98-99}}, lakin cəza dəstəsinin Şəkiyə gəlib çıxıb-çıxmaması məlum deyil. |