6.770 bayt əlavə edildi
, 15 avqust
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
{{Alim
|Piktoqram = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin-->
|Adı = Məmməd Əfəndiyev
|Tam adı = Əfəndiyev Məmməd Məmməd oğlu
|Şəkil = Məmməd Əfəndiyev (iqtisadçı).png
|Şəklin ölçüsü =
|Şəklin izahı = Məmməd Əfəndiyev.
|Doğum tarixi = {{Doğum tarixi|1907|12|31}}
|Doğum yeri = [[Nuxa]] (indiki Şəki), Yelezavetpol quberniyası, {{Rusİmp}}
|Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1987|4|2|1907|12|31}}
|Vəfat yeri = Kirovabad (indiki Gəncə), {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı = {{SSRİ}}
|Milliyyəti =
|Həyat yoldaşı = Babayeva Nailə İdris bəy qızı
|Uşağı = [[İffət Əfəndiyeva]] və [[İzzət Əfəndiyeva]]
|Atası =
|Anası =
|Elm sahəsi = kənd təsərrüfatı və iqtisadiyyat
|Elmi dərəcəsi = kənd təsərrüfatı elmləri namizədi
|Elmi adı = professor
|İş yeri =
|Alma-mater = <!--Qədim təhsil ocaqları-->
|Təhsili = {{*}}Zaqafqaziya Kommunist Universiteti (Tiflis (indiki Tbilisi); 1928–1932)
{{*}}[[:ru:Московская сельскохозяйственная академия имени К. А. Тимирязева|K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası]] (–1933)
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->
|Mühüm layihələri =
|Üzvlüyü =
|Mükafatları = {{"Qafqazın müdafiəsinə görə" medalı}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|1970}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı|1975}}<br/>{{Azərbaycan SSR əməkdar iqtisadçısı|1980}}
|İmzası =
|Adının digər versiyası = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır -->
|Sayt =
|Commons =
}}
'''Məmməd Əfəndiyev''' (1907–1987) — kənd təsərrüfatı sahəsi üzrə tanınmış pedaqoq, kənd təsərrüfatı elmləri namizədi, professor, [[Azərbaycan SSR əməkdar iqtisadçısı]] Uzun müddət Gəncədəki indiki Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasının rəhbəri, bir müddət isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı olmuşdur.
==Haqqında məlumatlar==
31 dekabr 1907-ci il tarixdə [[Nuxa|Nuxanın]] (indiki Şəki) Giləhli məhəlləsində anadan olub.
===Təhsili===
1923 – 1926-cı illərdə Bakıda fəhlə fakültəsində,
1928 – 1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis, indiki Tbilisi) təhsil alıb.
1933-cü ildə [[:ru:Московская сельскохозяйственная академия имени К. А. Тимирязева|K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının]] aspiranturasına qəbul olunub.
===Əmək fəaliyyəti===
1926 – 1928-ci illərdə Nuxada,
1932 – 1933-cü illərdə isə əvvəl Lənkəranda, sonra isə Kirovabada (Gəncəyə) komsomol və partiya işində çalışıb.
1937 – 1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) işləyib; o cümlədən,
1937 – 1984-cı illərdə kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasında əvvəl baş müəllim, sonra dosent, daha sonra professor,
1937 – 1976-cı illərdə kafedranın rəhbəri,
1959 – 1966-cı illərdə isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı olub.
===Elmi fəaliyyəti===
1937-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, sonralar isə əvvəl dosent və daha sonra professor elmi adını alıb.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması sahəsi üzrə onlarla elmlər namizədi
yetişdirib. 70-ə qədər elmi əsərin müəllifidir.
===İctimai-siyasi aktivliyi===
1941-ci ildən kommunist (b) partiyasının üzvü olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində dəfələrlə fakültə partiya təşkilatının katibi, institut və şəhər partiya komitələrin üzvü, şəhər sovetinin deputatı seçilib.
1970-ci illərdə dəfələrlə Özbəkistanın və Tacikistanın kənd təsərrüfatı institutlarında dövlət imtahan komissiyalarının sədri, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin iqtisadi şurasının, Azərbaycan SSR Elmlər Akademiyasının koordinasiya şurasının, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Zaqafqaziya filialın iqtisadi bölməsinin üzvü olub.
Dəfələrlə Moskva şəhərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.
===Təltif və mükafatları===
* [["Qafqazın müdafiəsinə görə" medalı|“Qafqazın müdafiəsinə görə” medalı]];
* [[Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|Lenin yubiley medalı]] (1970);
* [["1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı|“1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı]] (1975);
* [[Azərbaycan SSR əməkdar iqtisadçısı|“Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı]] (1980).
===Vəfatı===
2 aprel 1987-ci il tarixdə – 79 yaşında, Kirovabadda vəfat edib. Orada Fəxri xiyabanda dəfn olunub.
===Xatirəsi===
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) bir auditoriyaya adı verilib.
== Ədəbiyyat ==
# {{ŞAZ|1|157-158}}
{{Yoxlanılmış məqalə}}
{{Çapa hazır məqalə}}