3.831 bayt əlavə edildi
, 13:13, 17 iyul 2020
[[Kateqoriya:İ]]{{Şəxs
|Adı = İskəndər xan Xoyski
|Orijinal adı =
|Tam adı = İskəndər xan Kəlbəli xan oğlu Xoyski
|Digər adları =
|Şəkil =
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Fəaliyyəti =
|Milliyəti =
|Doğum tarixi = {{doğum tarixi|1820|5|25}}
|Doğum yeri = [[Gəncə]]
|Vəfatı = {{vəfat tarixi|1894|7|16}}
|Vəfat yeri = [[Gəncə]]
|Vəfat səbəbi =
|Dəfn yeri = [[Səbiskar qəbiristanlığı]]
|Atası = [[Kəlbəli xan Xoyski]]
|Anası = Sara bəyim
|Həyat yoldaşı = Səadət xanım
|Uşaqları = [[Fətəli xan Xoyski]], [[Rüstəm xan Xoyski]]
|Rəsmi vebsaytı =
|Mükafatları = {{III dərəcəli Müqəddəs Anna ordeni}}{{II dərəcəli Müqəddəs Stanislav ordeni}}{{IV dərəcəli Müqəddəs Vladimir ordeni}}{{II dərəcəli Müqəddəs Anna ordeni}}Georgi xaçı
|İmzası =
}}
'''İskəndər xan Kəlbəli xan oğlu Xoyski''' (25 may 1820-16 iyul 1894) — Çar ordusunun general-leytenantı, [[Fətəli xan Xoyski]]ın atası.<ref>{{cite web |url = http://bsu.edu.az/az/news/milli_dvltilik_tariximizin_parlaq_simas |archiveurl = https://web.archive.org/save/http://bsu.edu.az/az/news/milli_dvltilik_tariximizin_parlaq_simas |archivedate = 16 dekabr 2019 |title = Milli dövlətçilik tariximizin parlaq siması |author = |date = |work = |publisher = bsu.edu.az |accessdate = |language = }}</ref>
== Həyatı ==
İskəndər xan Kəlbəli xan oğlu [[1820]]-ci ildə [[Gəncə]] şəhərində anadan olmuşdu. İlk təhsilini ailədə almışdır. [[19 noyabr]] [[1841]]-ci ildə Zaqafqaziya atlı-müsəlman alayında naib kimi xidmətə başlamışdı. [[22 oktyabr]] [[1847]]-ci ildə Leyb-Qvardiyaya kornet rütbəsində dəyişilmişdi. [[6 dekabr]] [[1852]]-ci ildə ştabs-rotmisr, [[15 aprel]] [[1854]]-cü ildə totmistr rütbələri almışdı.
İskəndər xan Xoyski [[15 may]] [[1883]]-cü ildə [[general-mayor]], [[16 dekabr]] [[1889]]-cu ildə [[general-leytenant]] rütbələri almışdı.
İskəndər xan Xoyski [[16 iyul]] [[1894]]-cü ildə vəfat edib.
== Ailəsi ==
İskəndər xan birinci nikahda Səadət bəyim İsmayıl xan qızı Dünbili ilə, ikinci nikahda Şəhribanu xanım Molla Hacı Zeynal qızı Şəkili ilə ailə qurmuşdu. Birinci nikahdan Cahangir xan adlı oğlu, Səltənət bəyim adlı qızı, ikinci nikahdan [[Hüseynqulu xan]], [[Fətəli xan Xoyski|Fətəli xan]], Abbasqulu xan, [[Rüstəm xan Xoyski|Rüstəm xan]] adlı oğlanları, Tubu bəyim adlı qızı vardı.
==Mükafatları==
İskəndər xan Xoyski 3-cü dərəcəli “Müqəddəs Anna” (23.02.1849), 2-cü dərəcəli “Müqəddəs Stanislav”,(4.07. 1859), 4-ci dərəcəli “Müqəddəs Vladimir” (27.09.1871), 2-cü dərəcəli “Müqəddəs Anna” (16.11.1871) ordenləri, qılınc, Georgi xaçı (11.10.1914) və başqa təltiflərə layiq görülmüşdü.
==Maraqlı faktlar==
İskəndər xan öz böyük nəsli üçün [[Gəncə]]<nowiki/>nin Səbskar məzarlığında iri bir məqbərə tikdirmişdi. Orada uyumaq yalnız iki övladına qismət olub: oğlu [[Cahangir xan Xoyski]]yə və qızı Tutubəyimə. Digər övladları isə [[Aprel işğalı|bolşevik işğalı]]<nowiki/>ndan sonra ya ölkədən getməli olmuş, getməyənlər isə ya güllələnmiş və ya sürgünə göndərilmişdir.
== Həmçinin bax ==
*[[Xoyskilər]]
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:Xoyskilər]]
[[Kateqoriya:Azərbaycan hərbçiləri]]
[[Kateqoriya:Gəncədə doğulanlar]]
[[Kateqoriya:1820-ci ildə doğulanlar]]
[[Kateqoriya:1894-cü ildə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycanlı generallar]]
[[Kateqoriya:Gəncədə doğulanlar]]
[[Kateqoriya:Gəncədə vəfat edənlər]]