Ziya Əkbərov
Ziya Əkbərov | |
---|---|
Əkbərov Ziya Ələsgər oğlu | |
Ziya Əkbərov. | |
Anadan olub | 17 iyul 1933 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 19 avqust 2006 (73 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Solmaz |
Uşaqları | Nazim Əkbərov və İradə Nadirli |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | inşaatçı-mühəndis |
Təhsili | Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (–1955) |
Ziya Əkbərov (1933–2006) — sovet dövrünün son onilliklərində 5 çağırış (15–20-ci çağırışlar) Şəki şəhər sovetinin sədri seçilmiş şəxs.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
17 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1950-ci ildə Nuxa şəhər 2 №-li orta məktəbini,
1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1955-ci ildən V.İ.Lenin adına Şəki İpək Kombinatının təmir-tikinti şöbəsində iş icraçısı (prorab), sonra həmin şöbənin rəisi, daha sonra şəhər təmir-tikinti idarəsinin müdiri,
1973-cü ildən Şəki şəhər soveti sədrinin müavini,
1975 – 1988-ci illərdə 15-ci – 20-ci çağırış Şəki şəhər sovetinin sədri,
1988-ci ilin yanvar ayından sonra bir müddət Şəki şəhər kommunal təsərrüfat idarəsində mühəndis sonra isə sənaye-tikinti nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
1955 – 1973-cü illər arasında əvvəl Şəki şəhər 7 №-li orta məktəbində, sonra isə ipəkçilik texnikumunda rəsmxət fənnindən saathesabı dərs deyib.
1960-cı illərin sonunda və 1970-ci illərin əvvəlində V.İ.Lenin adına Şəki İpək Kombinatınının burucu sexində təbliğatçı olub.
Vəfatı[redaktə | HTML redaktə]
19 avqust 2006-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |