Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Malik Qarayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:01, 9 iyun 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Malik Qarayev
Qarayev Malik Müdəbbir oğlu
Malik Qarayev
Malik Qarayev (09.06.2024).
Doğum tarixi 17 may 1954 (1954-05-17) (70 yaş)
Doğum yeri Kiş, Nuxa (indiki Şəki) rayonu
Həyat yoldaşı Şərafət Sabir qızı
Uşaqları Vasif və Samir
Atası Müdəbbir Seyid oğlu
Anası Həyat Mabud qızı
İxtisası inşaatçı-mühəndis
Təhsili əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, sonra İnşaat Mühəndislər İnstitutu (1971–1976)

Malik Qarayev — tanınmış tikinti mühəndisi, Kiş bələdiyyəsinin sabiq sədri.

Haqqında məlumatlar

17 may 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1961 – 1971-ci illərdə Kiş kənd orta məktəbində,

1971 – 1976-cı illərdə əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, sonra isə İnşaat Mühəndislər İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1979 – 1981-ci illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1976 – 1979-cu və 1981 – 1985-ci illərdə Azərbaycan SSR Tikinti Sənayesi Nazirliyi 8 №-li trestinin 86 №-li Bakı tikinti idarəsində inşaat ustası, iş icraçısı,

1985 – 1988-ci illərdə Bakı Ali Partiya Məktəbində inşaatçı-mühəndis,

1988-ci ildən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 96 №-li Şəki tikinti idarəsində baş mühəndis, iş icraçısı,

2005 – 2010-cu illərdə Kiş bələdiyyəsinin sədri,

2010-cu ildən sonra müxtəlif tikinti idarələrində iş icraçısı vəzifəsində çalışıb.

Ailəsi

Ailəlidir, iki oğlu var.