Nadir şah İraqi-Ərəbdə Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, ona Şirvandan xəbər gəldi ki, Məhəmməd bəy və Sam mirzənin başçılıq etdiyi üsyançılar Şirvan bəylərbəyi Heydər xanı öldürmüş və Yeni Şamaxını tutmuşlar{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Məhəmməd bəy Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. Sam mirzə isə 1736 – 1737-ci illərdə Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın qardaşı İbrahim xan həmin vaxt onu tutub burnunu kəsdirmiş, daha sonra sərbəst buraxmışdır{{Sfn|Левиатов В.Н. (10)|1948|с=114 (PDF: 89)}}. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi səbəbindən mərkəzi hakimiyyətə qarşı narazılığın yüksək həddə çatdığını görüb hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Onu Surxay xanın oğlu Məhəmməd bəy də dəstəklədi. Onları susdurmaq üçün Nadir şahın göstərişi ilə Şirvan bəylərbəyi Heydər xan Dağıstana yola düşdü. Lakin o, Dağıstana çatmamış Şabranda üsyançıların əlinə keçdi. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar bəylərbəyinin iqamətgahı olan Yeni Şamaxını ələ keçirdilər{{sfn|Lockhart L. (017)|1938|p=239}}. | Nadir şah İraqi-Ərəbdə Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, ona Şirvandan xəbər gəldi ki, Məhəmməd bəy və Sam mirzənin başçılıq etdiyi üsyançılar Şirvan bəylərbəyi Heydər xanı öldürmüş və Yeni Şamaxını tutmuşlar{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Məhəmməd bəy Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. Sam mirzə isə 1736 – 1737-ci illərdə Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın qardaşı İbrahim xan həmin vaxt onu tutub burnunu kəsdirmiş, daha sonra sərbəst buraxmışdır{{Sfn|Левиатов В.Н. (10)|1948|с=114 (PDF: 89)}}. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi səbəbindən mərkəzi hakimiyyətə qarşı narazılığın yüksək həddə çatdığını görüb hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Onu Surxay xanın oğlu Məhəmməd bəy də dəstəklədi. Onları susdurmaq üçün Nadir şahın göstərişi ilə Şirvan bəylərbəyi Heydər xan Dağıstana yola düşdü. Lakin o, Dağıstana çatmamış Şabranda üsyançıların əlinə keçdi. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar bəylərbəyinin iqamətgahı olan Yeni Şamaxını ələ keçirdilər{{sfn|Lockhart L. (017)|1938|p=239}}. |