Changes

Sətir 21: Sətir 21:     
===Nadir şahın Şəkiyə birinci yürüşü (dekabr 1744)===
 
Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırsa da, həmin ilin sonunda hələ Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan davam edirdi. 9 oktyabr 1744-cü il tarixdə şah Qarsda idi və qışı keçirmək üçün oradan Bərdəyə yola düşdü. Lourens Lokkart Nadir şahın tarixçilərinin əsərlərinə istinad edərək şahın 6 dekabrda{{sfn|Lockhart L. (003)|1938|p=248}}, Rusiya rezidenti Vasili Bratişşev isə 13 dekabrda{{sfn|Арунова М.Р.|1958|с=214}} Bərdəyə çatdığını göstərir. Amma sonuncu, şahın Şəkidən gəldiyini və üstəlik, Şəkidə ağır məğlubiyyətə uğradığını da vurğulayır. Əgər hər ikisi doğrudursa, o zaman hesab edə bilərik ki, Nadir şah 6 dekabrda Bərdəyə çatdıqdan 1 – 2 gün sonra Şəkiyə yürüşə çıxmış və 13 dekabrda Bərdəyə geri dönmüşdür. Əks-halda isə belə düşünməli ki, Nadir şah əslində Qarsdan Şəkiyə, Şəkidən isə Bərdəyə gəlmişdir və onun Bərdəyə gəldiyi tarix mənbələrdə dəqiq göstərilmir...
+
Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırsa da, həmin ilin sonunda hələ Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan davam edirdi. 9 oktyabr 1744-cü il tarixdə şah Qarsda idi və qışı keçirmək üçün oradan Bərdəyə yola düşdü. Lourens Lokkart Nadir şahın tarixçilərinin əsərlərinə istinad edərək şahın 6 dekabrda{{sfn|Lockhart L. (003)|1938|p=248}}, Rusiya rezidenti Vasili Bratişşev isə 13 dekabrda{{sfn|Арунова М.Р.|1958|с=214}} Bərdəyə çatdığını göstərir. Amma sonuncu, şahın Şəkidən gəldiyini və üstəlik, Şəkidə ağır məğlubiyyətə uğradığını da vurğulayır. Əgər hər iki tarix doğrudursa, o zaman hesab edə bilərik ki, Nadir şah 6 dekabrda Bərdəyə çatdıqdan 1 – 2 gün sonra Şəkiyə yürüşə çıxmış və 13 dekabrda Bərdəyə geri dönmüşdür. Əks-halda isə belə düşünməli ki, Nadir şah əslində Qarsdan Şəkiyə, Şəkidən isə Bərdəyə gəlmişdir və onun Bərdəyə gəldiyi tarix mənbələrdə dəqiq göstərilmir...
    
Rusiya rezidenti Vasili Bratişşev 24 dekabr (Yuli təqvimi ilə 13 dekabr) tarixdə Nadir şahın Alfavutdakı (Alpout? Bərdə yaxınlığındakı kənd?) düşərgəsindən öz ölkəsinə göndərdiyi məktubunda şahın “''üsyançı təbəələrini, hansı ki Şirvanda baş vermiş çaşqınlıqdan indiyə qədər İrana qarşı düşmənçilik və narahatçılıq nümayiş etdirirlər, onları itaətə gətirmək üçün''” Şəkiyə yürüş etdiyini göstərir. Daha sonra bildirir ki, yürüş başlayarkən, Şəkinin bir neçə nüfuzlu şəxsi şah ordusunun yaxınlaşmasından qorxuya düşüb şahın düşərgəsinə üzrxahlığa gəldilər və bundan sonra əvvəlki kimi şahın sadiq təbəələri olacaqlarına söz verib and içdilər. Xəyanətlərinə görə onlar xələtlər, 6 min rubl (rus puluna tərcümə olunub) aldılar və öz mülklərinə buraxıldılar. “''Onların ardınca şəkililərin ərzaq ehtiyatlarını əllərindən almaq üçün xüsusi bir dəstə göndərildi, lakin şəkililər yaşamaq uğrunda mübarizədə yerlərində möhkəm durdular və iranlıları geri çəkilməyə məcbur edərək onlar tərəfindən evlərinin dağıdilmasına imkan vermədilər''”. Bunu görən Nadir “''cinayətkarları güclü əl və silahla cəzalandırmaq''” qərarına gəldi. O, on beş minlik ordu ilə meşələrdən və dağlardan keçərək kəndə üz tütdü, Bratişşev yazır ki, həmin kənddə 200-dən çox şəkili yaşamırdı “''və şah hər vasitə ilə rəqiblərini məhv etməyə çalışırdı, amma üç gün ərzində onlara zərrə qədər də zərər vura bilmədi, yalnız söyüş söyməkdən başqa''”... Şəkililərin köməyinə dağıstanlılar gəlib çatdılar və  Nadir geri çəkilməyə başladı. Şəkililər geri çəkilən şah ordusuna hücum etdilər. Ordunun arxasını qoruyan əfqan dəstəsi sürətli hücuma məruz qaldı; Nadirin döyüşçüləri, V.Bratişşevin qeyd etdiyi kimi, müqavimət haqqında düşünə bilmədilər və yalnız canlarını xilas etməli oldular. Güllələr Nadirin yanından uçurdu; şahın yanındakılardan bir neçə nəfər öldürüldü, “''Əlahəzrət bundan çox qorxurdu''”. Ciddi qadağalara baxmayaraq, ordu “''harada bir yol gördüsə''” dağılışdı. Bu hadisə zamanı yaralıları nəzərə almasaq, şah 500 nəfər itirdi. Üstəlik, “''qaçan döyüşçülər sürəti artırmaq üçün yüklərini yol boyu atdılar, yalnız canlarını qorudular; beləliklə, əlahəzrət Şəki təbəələrinin yanından acı biabırçılıqla geri döndü''” və 1 dekabr (Qriqori təqvimi ilə 13 dekabr) 1744-cü il tarixdə Alfavuta gəlib çıxdı{{sfn|Арунова М.Р. (2)|1958|сс=213-214}}.