Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Xanlar ağa

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 03:22, 7 iyul 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Xanlar ağa
Xanlar ağa Məhəmmədhüseyn xan oğlu
Xanlar ağa
Xanlar ağanın baş daşısının kitabəsi.
Doğum tarixi -1780
Vəfat tarixi sentyabr 1793(1793-09-00)
Atası Məhəmmədhüseyn xan Həsən ağa oğlu
Anası Xeyrannisə xanım Şahverdi xan qızı

Xanlar ağa (-1780–1793) — Şəki xanı Məhəmmədhüseyn xanın oğlu. Anadan olduğu tarix məlum deyil. Anası Gəncə xanı Şahverdi xanın qızı Xeyrannisə xanım idi. Məhəmmədhüseyn xan 1780-cı ilin avqustunda öldürülərkən Xeyrannisə xanımın 20 yaşı vardı və o, daha sonra Qarabağ xanı İbrahim xanın oğlu Məhəmmədhəsən ağaya ərə getmişdir[1].

Xanlar ağanın başdaşında hicri 1207-ci ilin səfər ayında (8 sentyabr–6 oktyabr 1793) vəfat etdiyi göstərilib[2]. Həmin başdaşı hal-hazırda Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Meşədixanım Nemətin yazdığına görə başdaşı muzeyə Şəki xan qəbiristanlığından gətirilmişdir[3]. Lakin mümkündür ki, başdaşı muzeyə Şəki xan qəbiristanlığından yox, əslində Giləhli minarəsinin yanında vaxtilə mövcud olmuş qəbiristanlıqdan gətirilmişdir. Belə ki həmin qəbiristanlıq eroziyaya məruz qalaraq dagılğına görə oradakı yazılı baş daşıları müxtəlif muzeylərdə saxlanılır. Meşədixanım Nemət bəzən öz elmi işlərindən bu qəbiristanlıqları qarışdırır. Məsələn, Giləhli minarəsinin yanından gətirilmiş Ha[4]

İstinadlar

Ədəbiyyat

  1. Родсловная таблица ганджинских ханов // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
  2. Неймат М.С. 594 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 102–103 с. — 1.000 экз.
    Неймат М.С. 594 // Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 211 с. — 1.000 экз.
  3. Nemətova M.S. Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Sep 2023 - 10 Dec 2023.