Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:31 iyul

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:33, 31 iyul 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Elməddin Məmmədov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elməddin Məmmədov (1995–2020) 30 iyul 1995-ci il tarixdə Şəki rayonunun Şəki kəndində doğulub.

Şəkil: Elməddin Məmmədov.



Rəna Abbasova

ABŞ azərbaycanlı icmasının görkəmli nümayəndəsi, Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri Rəna Abbasova 30 iyul 1982-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: Rəna Abbasova.



Faiq Çələbiyev

Tanınmış musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, professor, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev (1948–2020) 30 iyul 2020-ci il tarixdə – 72 yaşında, Sankt-Peterburqda vəfat edib.

Şəkil: Faiq Çələbiyev.



Nazim Hacıyev

Görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Nazim Hacıyev (1924–1962) 30 iyul 1962-ci il tarixdə – 38 yaşında, Bakıda vəfat edib; Bakıda – Fəxri xiyabanda, dəfn olunub.

Şəkil: Nazim Hacıyev.



Tağı Musəvi

Tarix elmləri namizədi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi Tağı Musəvi (1918–2000) 30 iyul 2000-ci il tarixdə – 82 yaşında, İsveçin Lund şəhərində vəfat edib. Vəsiyyətinə uyğun olaraq həmin şəhərdəki qəbiristanlığın müsəlmanlar üçün ayrılmış hissəsində dəfn olunub.

Şəkil: Tağı Musəvi (1985).



Xəyyam Mirzəzadə

Görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, professor, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı və iki qat Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR xalq artisti Xəyyam Mirzəzadə (1935–2018) 30 iyul 2018-cı il tarixdə – 82 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib; Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.

Şəkil: Xəyyam Mirzəzadə.


<<əvvəlki gün 31 iyul sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 1  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)