Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Suğra Mirzəyeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
Sətir 4: Sətir 4:
 
  |Tam adı          = Mirzəyeva Suğra Yusif qızı
 
  |Tam adı          = Mirzəyeva Suğra Yusif qızı
 
  |Piktoqram        = pres
 
  |Piktoqram        = pres
  |Şəkil            = Suğra_Mirzəyeva.jpg
+
  |Şəkil            = Suğra Mirzəyeva.png
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin izahı    = Suğra Mirzəyeva, 1963-cü il.
 
  |Şəklin izahı    = Suğra Mirzəyeva, 1963-cü il.
Sətir 60: Sətir 60:
 
1963 – 1966-ci illərdə isə VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
 
1963 – 1966-ci illərdə isə VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
  
Nuxa ipək kombinatınında işləyərkən kombinatın özfaliyyət dərnəyində “Maral”, “Ana yurdum” mahnılarını ifa edib.  
+
Nuxa ipək kombinatında işləyərkən kombinatın özfəaliyyət dərnəyində “Maral”, “Ana yurdum” mahnılarını ifa edib.  
  
 
Azərbaycan {{KP}} XXIV qurultayında çıxış edib.  
 
Azərbaycan {{KP}} XXIV qurultayında çıxış edib.  

Səhifəsinin 10:04, 3 iyun 2024 tarixinə olan son halı

Suğra Mirzəyeva
Mirzəyeva Suğra Yusif qızı
Suğra Mirzəyeva
Suğra Mirzəyeva, 1963-cü il.
Doğum tarixi 3 iyun 1935(1935-06-03)
Vəfat tarixi 22 avqust 2007 (72 yaşında)
Atası Yusif
Anası Sənubər
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Nuxa toxuculuq texnikumu (1950–1954)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filoloji fakültəsi, jurnalistika şöbəsi, qiyabi (1959–1965)

Suğra Mirzəyeva (1935–2007) — sovet dövründə Şəki şəhər soveti sədrinin müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş tanınmış jurnalist. 1998-ci ildə çap edilmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş şəkililərin bioqrafik məlumatlarından və onlar haqqında hekayələrdən ibarət “Şəki qartalları” kitab – xatirə toplusunun həmmüəllifidir.

Haqqında məlumatlar

3 iyun 1935-ci il tarixdə anadan olub.

Təhsili

1942 – 1950-ci illərdə yeddiİllik məktəbdə,

1950 – 1954-cü illərdə Nuxa toxuculuq texnikumunda,

1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1954-cü ildən Nuxa ipək kombinatının burucu sexində işləyib; əvvəl nəzarətçi, bir il sonra 12 nəfərlik burucular briqadasının briqadiri,

1960 – 1971-ci illərdə növbə rəisi, daha sonra Nuxa ipək kombinatı həmkarlar ittifaqı komitəsinin sədri,

1971-ci ildən Şəki şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.

1974-cü ildən isə “Şəki fəhləsi” qəzetinin əməkdaşı olub.

İctimai-siyasi aktivliyi

1959 – 1961, 1961 – 1963, 1971 – 1973 və 1973 – 1975-ci illərdə illərdə müvafiq olaraq yeddinci, səkkizinci, on üçüncü, on dördüncü çağırış Nuxa şəhər sovetinin,

1963 – 1966-ci illərdə isə VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Nuxa ipək kombinatında işləyərkən kombinatın özfəaliyyət dərnəyində “Maral”, “Ana yurdum” mahnılarını ifa edib.

Azərbaycan KP XXIV qurultayında çıxış edib.

Kommunist əməyi briqadalarının və zərbəçilərinin Moskvada keçirilən Ümumittifaq müşavirəsində iştirak edib.

Vəfatı

22 avqust 2007-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Çələbiyev M. XALQ NAMİZƏDLƏRİ :ŞEİR DEYİLMİ? // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 5 mart. — № 36 (169). — Səh. 1, 2.
  2. Xəlilov T SOVETLƏRƏ SEÇKİLƏR QARŞISINDA : XALQ NAMİZƏDLƏRİ : Qanadlanan arzular // İpəkçi : çoxtirajlı qəzet / Cabbarov M. (redaktor). — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 8 mart. — № 7 (530). — Səh. 1.