"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Teqlər: Mobil veb-redaktə Mobil redaktə |
Teqlər: Mobil veb-redaktə Mobil redaktə |
||
Sətir 9: | Sətir 9: | ||
|Doğum tarixi = {{doğum tarixi|1937|7|17}} | |Doğum tarixi = {{doğum tarixi|1937|7|17}} | ||
|Doğum yeri = [[Nuxa]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} | |Doğum yeri = [[Nuxa]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} | ||
− | |Vəfat tarixi = {{vəfat tarixi və yaşı|2014|3| | + | |Vəfat tarixi = {{vəfat tarixi və yaşı|2014|3|20|1937|7|17}} |
|Vəfat yeri = Bakı, {{AZE}} | |Vəfat yeri = Bakı, {{AZE}} | ||
|Vəfat səbəbi = | |Vəfat səbəbi = | ||
Sətir 35: | Sətir 35: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Ənvər Həmidov''' (Həmidov Ənvər Mustafa oğlu; {{d.}}17 iyul 1937-ci ildə, [[Nuxa]], [[Nuxa rayonu]], Azərbaycan SSR, SSRİ – {{ö.}} | + | '''Ənvər Həmidov''' (Həmidov Ənvər Mustafa oğlu; {{d.}}17 iyul 1937-ci ildə, [[Nuxa]], [[Nuxa rayonu]], Azərbaycan SSR, SSRİ – {{ö.}}20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplularının müəllifidir. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
23:20, 21 iyul 2020 versiyası
Ənvər Həmidov | |
---|---|
Həmidov Ənvər Mustafa oğlu | |
Ənvər Həmidov | |
Doğum tarixi | 17 iyul 1937 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 mart 2014 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Mərdəkan qəsəbəsi, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Təhsili | N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu |
Ənvər Həmidov (Həmidov Ənvər Mustafa oğlu; d. 17 iyul 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplularının müəllifidir.
Haqqında məlumatlar
17 iyul 1937-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1954-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi,
1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
1968 –1971-ci illərdə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası üzrə aspirant təhsili alıb.
Elmi fəaliyyəti
1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.
Əmək fəaliyyəti
1962 – 1968-ci illərdə Nuxa Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah işləyib.
1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində işləyib.
1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik edib.
1984-1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.
1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.
2000 – 2014-cü illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Publisistik fəaliyyəti
“Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) və “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı 2006) adlı kitabların müəllifidir. Bunlardan birincisi Azərbaycan tibb işçiləri haqqında, ikincisi isə Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur. Birinci kitabını “Ənvər Həmidov”, ikincini isə “Ənvər Mete” imzası ilə çap olunub.
Digər
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.
Səhiyyə əlaçısı olub.
Ədəbiyyat
- Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
- "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.