"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 72: | Sətir 72: | ||
#“Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu. | #“Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu. | ||
#“O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur. | #“O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur. | ||
− | “Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib. | + | #“Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib. |
#“İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009). | #“İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009). | ||
#“İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012). | #“İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012). |
14:45, 23 iyul 2020 versiyası
Ənvər Həmidov | |
---|---|
Həmidov Ənvər Mustafa oğlu | |
Ənvər Həmidov | |
Doğum tarixi | 17 iyul 1937 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 mart 2014 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Mərdəkan qəsəbəsi, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Təhsili |
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ( – 1962) Mərkəzi Travmatologiya və Ortopediya İnstitutu, aspirantura (1968 – 1971, Moskva) |
Ənvər Həmidov (Həmidov Ənvər Mustafa oğlu; d. 17 iyul 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplularının müəllifidir.
Haqqında məlumatlar
17 iyul 1937-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1954-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi,
1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
1968 –1971-ci illərdə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası üzrə aspirant təhsili alıb.
Elmi fəaliyyəti
1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.
Əmək fəaliyyəti
1962 – 1968-ci illərdə Nuxa Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah işləyib.
1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışıb.
1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik edib.
1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi vəzifəsində işləyib.
1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.
2000 – 2014-cü illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Kitabları
- “Ekologiya və sağlamlıq” (Bakı, 1990).
- “Torpağımız, məhsullarımız və sağlamlığımız” (Bakı, 1990).
- “Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu.
- “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur.
- “Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib.
- “İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009).
- “İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012).
Digər
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.
1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,
1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,
1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Səhiyyə əlaçısı və əmək veteranı idi.
Ədəbiyyat
- Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
- "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.