"Yuxarı karvansara" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:Y{{Tarixi abidə |Azərbaycanca adı = Yuxarı Karvansara |Orijinal adı = Yuxarı Karvansara |Şəkil = Yukhari kerv...' ilə yarat) |
(Fərqli deyil)
|
02:22, 27 iyul 2020 versiyası
Tarixi abidə | ||
Yuxarı Karvansara Yuxarı Karvansara | ||
Yuxarı Karvansara, 2017-ci il | ||
Ölkə | Azərbaycan | |
Şəhər | Şəki | |
Banisi | Cəfərqulu xan Xoyski | |
Tikinti | ???—1814 | |
Status | tarixi abidə | |
| ||
Koordinatlar | 41°12′04″N 47°11′34″E / 41.201021°N 47.1928042°E 41°12′04″N 47°11′34″E / 41.201021°N 47.1928042°E | |
Commonsda da Yuxarı Karvansara ilə əlaqəli mediafayllar var |
Yuxarı Karvansara — Şəki şəhəri ərazisində yerləşən karvansara.
Yerləşməsi
Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir[1].
Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.
Tarixi
Ərazisində Böyük İpək Yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan (“İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə Karvansara”) dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri - Aşağı Karvansara.
XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur[2][3].
Karvansaranın planı
Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
Hazırkı vəziyyəti
Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmaının bariz nümunəsidir[4].