"Zibeydə Yusifbəyova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni ' {{Alim |Adı = Zibeydə Yusifbəyova |Orijinal adı = Zibeydə Yusifbəyova Qurbanəli qızı |Şəkil = |Şəkil miqyası...' ilə yarat)
(Fərqli deyil)

03:38, 27 iyul 2020 versiyası

Zibeydə Yusifbəyova
Zibeydə Yusifbəyova Qurbanəli qızı
Doğum tarixi 1956
Doğum yeri Şəki şəhəri
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi adı aqrar elmləri üzrə fəlsəfə doktoru.
Təhsili Azərbaycan Dövlət Universiteti
Atası Qurbanəli Yusifbəyov

Zibeydə Yusifbəyova Qurbanəli qızı -(d. 1956-cı ildə Şəki şəhəri) aqrar elmləri üzrə fəlsəfə doktoru.


Həyatı

Zibeydə Yusifbəyova 1956-cı ildə Şəki şəhərində anadan olub.1984-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirmişdir.

Elmi fəaliyyəti

  • 1973-cü ildə SSRİ Yazıçılar İttifaqının Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor vəzifəsində işləmişdir.
  • 1974-1978-ci illər ərzində “Gənclik” nəşriyyatında mühasib olmuşdur.
  • 1982-ci ildən həmin institutun Meşə Torpaqlarının Coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi.
  • 1993-cü ildən 1999-cu ilə qədər isə elmi işçi vəzifəsində işləmişdir.
  • 1994-cü ildə “Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə torpaqlarında dəmirin formaları və torpaqəmələgəlmə prosesində onların rolu (Azərbaycan Respublikası daxilində)” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi (indi aqrar elmləri üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Respublika və xarici ölkə mətbuatında 25 elmi məqalə və tezisləri Azərbaycan, Rus və İngilis dillərində çap olunmuşdur.
  • 1999-cu ildən Dövlət Gömrük Komitəsinin Mühasibat və uçot şöbəsində baş inspektor.
  • 2006-cı ildən isə həmin şöbənin rəisi vəzifəsində işləyir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi daşıyır.
  • 2008-ci ildə gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və 2009-cu ildə Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə “Gömrük orqanlarında qüsursuz xidmətə” görə III dərəcəli , 2014-cü ildə isə II dərəcəli döş nişanı ilə təltif olunmuşdur.


Həmçinin bax

İstinadlar

  1. B.Budaqov. Azərbaycan coğrafiyaçı alimləri "Elm" nəşriyyat Bakı 2013 səh 217