Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zibeydə Yusifbəyova

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Zibeydə Yusifbəyova
Yusifbəyova Zibeydə Qurbanəli qızı
Zibeydə Yusifbəyova
Zibeydə Yusifbəyova.

Zibeydə Yusifbəyova — kənd təsərrüfatı elmləri namizədi və gömrük xidməti polkovniki. Müxtəlif illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mühasibat və uçot şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır. 2017-ci ildən təqaüddədir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1 sentyabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1963 – 1964-cü illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,

1964 – 1968-ci illərdə Bakı şəhər 53 №-li orta məktəbində,

1968 – 1973-cü illərdə isə Bakı şəhər 126 №-li orta məktəbində təhsil alıb.

1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,

1974 – 1978-ci illərdə “Gənclik” nəşriyyatında mühasib vəzifəsində çalışıb.

1978 – 1999-cu illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda/AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda işləyib; o cümlədən,

1978 – 1982-ci illərdə mühasib,

1982 – 1993-cü illərdə meşə torpaqlarının coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi,

1993 – 1999-cu illərdə isə elmi işçi vəzifəsini tutub.

1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mühasibat və uçot şöbəsində çalışıb; o cümlədən,

1999 – 2006-cı illərdə baş inspektor,

2006 – 2017-cı illərdə isə şöbənin rəisi olub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1994-cü ildə “Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə torpaqlarında dəmirin formaları və torpaqəmələgəlmə prosesində onların rolu (Azərbaycan Respublikası daxilində)” mövzusunda dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.

Azərbaycan və xarici ölkələrin elmi nəşrlərində azərbaycan, rus və ingilis dillərində 25 məqalə və tezisi çap olunub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Atası Qurbanəli Vahid bəy oğlu Yusifbəyov ata tərəfdən Şəki bəylərinin, ana tərəfdən isə İlisu sultanlarının nəslindəndir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Yusifbəyova Zibeydə Qurbanəli qızı // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 196 – 197. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.

Bildiriş[HTML redaktə]

...

...