"Soltan Əzizov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 2: | Sətir 2: | ||
{{Dövlət xadimi | {{Dövlət xadimi | ||
| azərbaycan dilində adı = Soltan Əzizov | | azərbaycan dilində adı = Soltan Əzizov | ||
− | | | + | | tam adı = ''Əzizov Soltan Hümmət oğlu'' |
| portret = Soltan Əzizov.jpg | | portret = Soltan Əzizov.jpg | ||
− | | portretin ölçüsü = | + | | portretin ölçüsü = |
− | | izah = | + | | izah =Soltan Əzizov |
− | | titul = | + | | titul = Azərbaycan {{KP}} Nuxa şəhər komitəsinin birinci katibi |
| bayraq = COA Azerbaijan SSR.png | | bayraq = COA Azerbaijan SSR.png | ||
| bayraq2 = Flag of Azerbaijan SSR.svg | | bayraq2 = Flag of Azerbaijan SSR.svg | ||
Sətir 14: | Sətir 14: | ||
| sələfi = | | sələfi = | ||
| xələfi = | | xələfi = | ||
− | | titul_2 = | + | | titul_2 = Azərbaycan {{KP}} Ağdam rayon komitəsinin birinci katibi |
| sıra nömrəsi_2 = 2 | | sıra nömrəsi_2 = 2 | ||
| bayraq_2 = COA Azerbaijan SSR.png | | bayraq_2 = COA Azerbaijan SSR.png | ||
Sətir 22: | Sətir 22: | ||
| sələfi_2 = | | sələfi_2 = | ||
| xələfi_2 = | | xələfi_2 = | ||
− | | titul_3 = | + | | titul_3 = Azərbaycan {{KP}} Sabirabad rayon komitəsinin birinci katibi |
| sıra nömrəsi_3 = 4 | | sıra nömrəsi_3 = 4 | ||
| bayraq_3 = COA Azerbaijan SSR.png | | bayraq_3 = COA Azerbaijan SSR.png |
23:58, 27 iyul 2020 versiyası
Soltan Əzizov (1920-2009) — dövlət xadimi, Şəki, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.
Həyatı
Soltan Əzizov 1920-ci il dekabrın 18-də Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Kənd Təsərrüfatı Texnikumununda təhsilini davam etdirmiş və aqronom ixtisasına yiyələnmiş və Şəki rayonunun Böyük Dəhnə kolxozunda sahə aqronomu kimi əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağırılmış, İkinci Dünya Müharibəsi başladıqdan sonra qulluq etdiyi hərbi hissədə rota komandirinin müavini vəzifəsində ön cəbhədə vuruşaraq Brest, Kursk, Oryol və başqa ərazilərin düşməndən azad edilməsində, həmçinin məşhur “Baqration” əməliyyatının həyata keçirilməsində, Berlin şəhəri də daxil olmaqla Avropanın bir neçə ölkələrinin azadlıqları uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak etmişdir. Döyüş meydanında göstərdiyi şücaətə görə Soltan Hümmət oğlu Əzizov iki dəfə “Qırmızı ulduz”ordeni,1-ci və 2-ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə ordenləri, Kensberqin, Berlinin və digər zəbt olunmuş yerlərin alınmasına görə medallarla təltif edilmişdir.
Soltan Hümmət oğlu Əzizov 2009-cu ildə uzunsürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
Fəaliyyəti
1946-cı ildə ordudan tərxis olunduqdan sonra Vətənə qayıdan S.Əzizov 1946-1953-cü illərdə Şəki Rayon Partiya Komitəsində şöbə müdiri və birinci katib vəzifələrində işləmişdir.
1953-1956-cı illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra 1959-cu ilədək Azərbaycan KP MK-da məsul təşkilatçı, birinci katibin köməkçisi olmuş, MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərlik etmişdir.
1959-63-cü illərdə Ağdam RPK-nın, 1963-66-cı illərdə isə Sabirabad RPK-nın birinci katibi vəzifəlırində çalışmış, 1966-cı ildə bacarıqlı təşkilatçı və yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi kimi Respublika əhəmiyyətli işə irəli çəkilmiş, 1982-ci ilədək Meyvə-tərəvəz, çay, subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, Sovxozlar naziri və tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunan sahələrin inkişaf etdirilməsinə, Respublikamızın iqtisadiyyatının yüksəldilməsinə və daha da irəli getməsinə böyük əmək sərf etmiş S.Əzizovun xidmətləri yüksək qiymətləndirilmiş, o, bir çox orden-medallarla, fəxri fərmanlarla mükafatlandırılmışdır.
S.Əzizov dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərindəki küçələrdən birinə S.Əzizovun adı verilmişdir.
S.Əzizov təqaüdə çıxdıqdan sonra da ölkəmizin siyasi-ictimai həyatında fəal iştirak etmiş, Respublika Ağsaqqallar Şurasının üzvü, "Qayğı" Cəmiyyəti sədrinin birinci müavini və Azərbaycan müharibə, əmək və Silahlı Qüvvələr təşkilatının rəyasət heyətinin üzvü olmuşdur. Göstərilən təşkilatların işində fəal iştirak etmişdir.
Mükafatları
- "Lenin" ordeni
- Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni
- "Şərəf Nişanı" ordeni və bir çox orden-medallar.