Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Soltan Əzizov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
...
Əzizov Soltan Hümmət oğlu
Soltan Əzizov
Soltan Əzizov.

Soltan Əzizov (1920–2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Müxtəlif illərdə Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifəsində çalışıb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 dekabr 1920-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxa Kənd Təsərrüfatı texnikumunu,

1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunu bitirib.

1953 – 1956-cı illərdə Moskvada – Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub; Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, 6 orden və medallarla təltif olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda Maşın-Traktor Stansiyasında sahə aqronomu işləyib.

1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,

1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində çalışıb.

1956 – 1958-ci illərdə Azərbaycan KP MK-da birinci katibin köməkçisi,

1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.

1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,

1962 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyib.

1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinə deputat və Azərbaycan KP MK-ə üzv seçilib.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

17 yanvar 2009-cu il tarixdə – 88 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəkidə bir küçəyə adı verilib.

2015-ci ildə 95 illik yubileyi Şəki şəhər İH-nin akt zalında təntənə ilə qeyd olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mete Ə. Soltan Əzizov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402-403. — 500 nüsx.
  2. Əzizovlar // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 387-393. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Əhmədov V. Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov (azərb.) // Azərbaycan veteranı : qəzet. — Bakı, 4 oktyabr 2019. — № 17 (135). — Səh. 7.
  4. ...

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.

Bildiriş[HTML redaktə]

...