"Sadıq Murtuzayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 37: | Sətir 37: | ||
| bayraq2_4 = Flag of Azerbaijan SSR.svg | | bayraq2_4 = Flag of Azerbaijan SSR.svg | ||
| dövr əvvəl_4 = 1963 | | dövr əvvəl_4 = 1963 | ||
− | | dövr son_4 = | + | | dövr son_4 = dekabr 1980 |
| sələfi_4 = | | sələfi_4 = | ||
| xələfi_4 = | | xələfi_4 = |
17:35, 28 iyul 2020 versiyası
Sadıq Murtuzayev | |||||||
---|---|---|---|---|---|---|---|
Murtuzayev Sadıq Nəbi oğlu | |||||||
Sadıq Murtuzayev | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | Aydın Kaşyev | ||||||
Xələfi | Nurəddin Mustafayev | ||||||
|
|||||||
|
|||||||
Sələfi | Telman Orucov | ||||||
Xələfi | Aydın Quliyev | ||||||
Doğum tarixi | 1927 | ||||||
Doğum yeri | İlisu, Qax rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Həyat yoldaşı | Kəlimət Murtuzayeva | ||||||
Uşaqları | Nizami Murtuzayev, Nəbi Murtuzayev, Cingiz Murtuzayev, Tavat Murtuzayeva |
Sadıq Murtuzayev — Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, nasir. Vaxtilə Şəki, Abşeron və Ağdam rayonlarında Partiya Komitələrinin birinci katibi vəzifəsində işləmişdir.
S.Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir.
1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S.Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov.İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür.
1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov.İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur. O, 1979-cu ildə Liviyada, 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən respublika nümayəndə heyətinə başçılıq edir.
Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub. O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.[1]
Kitabları
- "Şeyx Şamil", Bakı, "Vətən", 1993. 240 səh. (İmam Mustafayev ilə ortaqlı)