Nurəddin Mustafayev
Nurəddin Mustafayev | |||||||
---|---|---|---|---|---|---|---|
Mustafayev Nurəddin Elyaz oğlu | |||||||
Nurəddin Mustafayev, 2019-cu il. | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Sadıq Murtuzayev | ||||||
Xələfi | Hadi Rəcəbli | ||||||
|
|||||||
Sələfi | Kamran Rəhimov | ||||||
Xələfi | Heydər İsayev | ||||||
Doğum tarixi | 18 oktyabr 1942 | ||||||
Doğum yeri | Qaraiman, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ | ||||||
Təhsili |
• K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası və Moskva Beynəlxalq Münasibətlər Universiteti (1963–1969) • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1975–1976) |
||||||
facebook səhifəsi |
Nurəddin Mustafayev — Azərbaycan sovet partiya və dövlət xadimi; müxtəlif illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Qaraiman kəndində anadan olub.
1947-ci ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə) şəhərinə köçüblər.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Kirovabad şəhər dəmir yol orta məktəbini qızıl medalla bitirib.
1963 – 1969-cu illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında və Moskva Beynəlxalq Münasibətlər Universitetində,
1975 – 1976-cı illərdə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.
1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,
1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi olub.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1989-cu illərdə Azərbaycan KP MK-nın büro üzvü,
1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin,
1984 – 1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
Aidiyyəti linklər[Vizual/Mobil redaktə | HTML redaktə]
Нахичеванский областной комитет КП(б) - КП Азербайджана.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |