"Faiq Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 36: | Sətir 36: | ||
Faiq Çələbiyev 1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» ({{Dil-ru|«Азербайджанские ренги: проблемы музыкальной формы»}}) mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə «Dəsgah morfologiyası» ({{Dil-ru|«Морфология даскяха»}}) mövzusunda doktorluq dissertasıyasını müvəffəqiyyətlə müdafiə edib. O, sənətşünaslıq mövzusunda Peterburqda, Moskvada, Bakıda və dünyanın başqa şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir. | Faiq Çələbiyev 1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» ({{Dil-ru|«Азербайджанские ренги: проблемы музыкальной формы»}}) mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə «Dəsgah morfologiyası» ({{Dil-ru|«Морфология даскяха»}}) mövzusunda doktorluq dissertasıyasını müvəffəqiyyətlə müdafiə edib. O, sənətşünaslıq mövzusunda Peterburqda, Moskvada, Bakıda və dünyanın başqa şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir. | ||
− | Faiq Çələbiyev elmi və pedaqoji fəaliyyətlə yanaşı Rusiyada və Rusiya xaricində solist kimi konsert | + | Faiq Çələbiyev elmi və pedaqoji fəaliyyətlə yanaşı Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olmuş, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak etmişdir. |
==İstifadə edilmiş əsas mənbələr== | ==İstifadə edilmiş əsas mənbələr== |
04:51, 31 iyul 2020 versiyası
Faiq Çələbiyev | |
---|---|
Faiq İbrahim oğlu Çələbiyev | |
Faiq Çələbiyev | |
Doğum tarixi | 16 aprel 1948 |
Doğum yeri | Nuxa |
Vəfat tarixi | 29 iyul 2020 (72 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | musiqişünas |
İş yeri | Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universiteti |
Elmi dərəcəsi | sənətşünaslıq elmləri doktoru |
Təhsili |
|
Faiq Çələbiyev (rus.: Фаик Челебиев) – azərbaycanlı musiqişünas alim, tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru. Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi.
Həyat və fəaliyyəti
1948-ci ildə Azərbaycanın Nuxa şəhərində anadan olub. Nuxadakı 10 saylı məktəbdə oxuyub. O cümlədən, Nuxada tarzən İbad Salmanovdan tar dərsi alıb. 1980-cı ildə Asəf Zeynallı adına Musiqi məktəbini, 1985-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1985 – 1987 ci illərdə Leninqradda (Sankt-Peterburqda) – Rusiya İncəsənət tarixi İnstitutunda, aspirant təhsili alıb. Bundan sonra Leninqradda qalıb və Rusiya İncəsənət tarixi İnstitutunnda elmi fəaliyyətini davam etdirib. Həmçinin, Rusiya Dövlət Pedaqoji Universiteti Etnokulturologiya kafedrasında dərs deyib. Azərbaycan muğam sənəti onun elmi maraq dairəsidir.
Faiq Çələbiyev 1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» (rus.: «Азербайджанские ренги: проблемы музыкальной формы») mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə «Dəsgah morfologiyası» (rus.: «Морфология даскяха») mövzusunda doktorluq dissertasıyasını müvəffəqiyyətlə müdafiə edib. O, sənətşünaslıq mövzusunda Peterburqda, Moskvada, Bakıda və dünyanın başqa şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir.
Faiq Çələbiyev elmi və pedaqoji fəaliyyətlə yanaşı Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olmuş, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak etmişdir.
İstifadə edilmiş əsas mənbələr
- Азербайджанская община Санкт-Петербурга // Известные азербайджанцы-петербуржцы;
- Санкт-Петербургская филармония им. Д.Д.Шостаковича // Известные азербайджанцы-петербуржцы
- 1905.az //Retrospektiva – Tarda ifa edən yeganə elmlər doktoru Faiq Çələbi
- Российский государственный педагогический университет им. А.И. Герцена //Сведения об образовательной организации //Руководство. Педагогический (научно-педагогический) состав //Информация о составе педагогических (научно-педагогических) работников образовательной организации.