Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İbad Salmanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İbad Salmanov
Salmanov İbad Yusif oğlu
İbad Salmanov
İbad Salmanov.
Şəxsi məlumatlar
Doğum tarixi 1904(1904-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 10 aprel 1989 (85 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

İbad Salmanov (1904–1989) — tanınmış tarzən və musiqiçi-pedaqoq.

Haqqında məlumatlar

1904-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Fəaliyyəti

Uşaq aşlarından musiqiyə maraq göstərib. Əvvəl Samovar oğlu İdrisdən, sonra isə Əhmədbəy Tahirovdan tar çalmaq öyrənib və 20 yaşından toylarda və el şənliklərində tar çalmağa başlayıb.

1933 – 1937-ci illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının orkestrində,

1937 – 1967-ci illərdə Nuxa pionerlər evində işləyib.

Şəki şəhər mədəniyyət evində təşkil olunmuş konsert briqadalarının tərkibində Azərbaycanın bir sıra yerlərinə, həmçinin Gürcüstana və Dağıstana qastrol səfərlərinə gedib.

Vəfatı

10 aprel 1989-cu il tarixdə – 85 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi

Şairlər Yaqub Mahir və İsa Şuşalı İbad Salmanov haqqında şeir yazıblar.

Mirzə Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor klubu İbad Salmanovun adını daşıyır.

Ədəbiyyat

  1. Təhmirazqızı S. İbad Salmanov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 83-85. — 300 nüsx.