"Kəlbəli xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 24: Sətir 24:
 
|İmzası        =  
 
|İmzası        =  
 
}}
 
}}
'''Kəlbəli xan Əhməd xan oğlu Xoyski''' — rus ordusunun general mayoru,  [[İskəndər xan Xoyski|İskəndər xan Xoyskinin]] atası, [[Fətəli xan Xoyski|Fətəli xan Xoyskinin]] babası.
+
'''Kəlbəli xan Xoyski''' — rus ordusunun general mayoru,  [[İskəndər xan Xoyski|İskəndər xan Xoyskinin]] atası, [[Fətəli xan Xoyski|Fətəli xan Xoyskinin]] babası.
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

00:22, 11 avqust 2020 versiyası

Kəlbəli xan Xoyski
Anadan olub 1775(1775-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat edib 10 avqust 1834(1834-08-10)
Vəfat etdiyi yer Yelisavetpol (Gəncə)
Dəfn yeri Kərbəla
Həyat yoldaşı Sara xanım Cəfərqulu xan qızı
Uşağı İskəndər xan Xoyski
Atası Əhməd xan
Anası Səltənət bəyim

Kəlbəli xan Xoyski — rus ordusunun general mayoru, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin babası.

Haqqında məlumatlar

Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdir. 1806-cı ildə Cəfərqulu xan Xoyski ilə birlikdə Xoydan Tiflisə, sonra isə Nuxaya köçmüşdülər.

Kəlbəli xan Xoyskinin nəvəsi Səltənət bəyim Xoyskinin qəbri üzərindəki baş daşı, Şəki Xan qəbiristanlığı, 2009-cu il.

1819-cu ildə – Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsmişdilər. O cümlədən, “Kiçik ağa” ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat. Lakin bununla yanaşı, həm də onlardan Nuxanı tərk etmək də tələb olunurdu.

Eyni vaxtda İran şahının vəliəhdi Abbas Mirzə isə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Kəlbəli bəyin Abbas mirzənin arzusuna uyğun olaraq İrana qayıdıb-qayıtmaması məlum deyil. Amma məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə “Xoyu idarə edən şəxs” kimi göstərilir". Həmin vaxt Xoy rus işğalı altında idi və Kəlbəli xanın ruslara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi artırıldı – general-mayor oldu (–20 ildən artıq idi ki polkovnik idi).

Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbənddən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir.

Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda (Gəncə) dünyasını dəyişmişdir.

Kəlbəli xanın ölümündən bir ay sonra – 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir.

Mənbə

Aydın Məmmədov. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar

Həmçinin bax

Şablon:Yaxşı məqalə