"Əbdülrəhim Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 95: Sətir 95:
 
*{{ŞAZ|1|373 – 375}}
 
*{{ŞAZ|1|373 – 375}}
 
{{Yaxşı məqalə}}
 
{{Yaxşı məqalə}}
 +
[[az:Əbdülrəhim Məmmədov]]

21:28, 14 avqust 2020 versiyası

Əbdülrəhim Məmmədov
Məmmədov Əbdülrəhim Əbdülrəhman oğlu
Fayl:Əbdülrəhim Məmmədov.JPG
Əbdülrəhim Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1925(1925-03-08)
Doğum yeri Orta Zəyzid, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 dekabr 1998 (73 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1937 – 1940)

Nuxa İkiillik Müəllimlər İnstitutu (1940 – 1942)

1945 – 1946-ci illərdə Azərbaycan KP MK yanında Birillik Respublika Təbliğatçılar Məktəbi (1945 – 1946)

1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) (? – 1962 )
Təltifləri "Qırmızı Əmək Bayrağı" ordeni

Əbdülrəhim Məmmədov (Məmmədov Əbdülrəhim Əbdülrəhman oğlu; d. 8 mart 1925-ci ildə, Orta Zəyzid, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 30 dekabr 1998-ci ildə, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan sovet partiya və dövlət məmuru; Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent (1967 – 1986), Azərbaycan Kommunist Partiyası Nuxa Şəhər Komitəsinin birinci katibi (1960 – 1967) və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

1925-ci ildə Şəki qəzasının Orta Zəyzid kəndində anadan olub.

Təhsili

1931 – 1937-ci illərdə Orta Zəyzid kənd yeddiillik məktəbində,

1937 – 1940-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,

1940 – 1942-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

1945 – 1946-ci illərdə Azərbaycan KP MK nəzdində Birillik Respublika Təbliğatçılar Məktəbinin dinləyicisi olub.

1962-ci ildə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbini(ru) qiyabi bitirib.

İş yerləri

1942 – 1943-cü illərdə Orta Zəyzit kənd məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini,

1946 – 1951-ci illərdə Azərbaycan LKGİ Nuxa şəhər komitəsinin birinci və ikinci katibi,

1951 – 1952-ci illərdə Azərbaycan LKGİ MK-da şöbə müdirinin müavini, şöbə müdiri,

1952 – 1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsində və Azərbaycan KP MK-da bölmə müdiri və inspektor,

1954-cü ildə Azərbaycan KP Qusar Rayon Komitəsinin ikinci katibi,

1955 – 1959-cu illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin ikinci katibi,

1959 – 1960-ci illərdə əvvəl iki ay Azərbaycan SSR Nazirlər Sovetində sovet orqanları şöbəsinin müdiri, sonra isə bir il Azərbaycan KP MK İmişli Rayon Komitəsinin birinci katibi,

1960 – 1967-ci illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi,

1967 – 1986-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent vəzifəsində çalşıb.

1986-cı ildə təqaüdə çıxıb.

Hərbi xidmət

1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, 1945-ci ildə kapitan hərbi rütbəsi ilə sovet ordusundan tərxis olunub.

Siyasi və ictimai aktivliyi

1945-ci ildən ÜİK(b)P-nın üzvü olub.

Azərbaycan LKGİ MK və Azərbaycan KP MK-ya üzv, II çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Mükafatları

Vəfatı

Ömrünün son 30 ilini Bakı şəhərində yaşamış, 1998-ci ildə Bakıda vəfat etmiş, Bakıda da dəfn olunmuşdur.

Digər

Ölümündən sonra – 2007-ci ildə, “Ömürdən yadda qalan bəzi xatirələr” adlı kitabı çap olunub.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə