Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Ələfsər Məmmədov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Ələfsər Məmmədov
Məmmədov Ələfsər Bəxtiyar oğlu
Ələfsər Məmmədov
Ələfsər Məmmədov.

Ələfsər Məmmədov (1952–2021) — kimya elmləri doktoru, professor, AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun baş elmi işçisi, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

4 yanvar 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1969-cu ildə Oxud kənd orta məktəbini,

1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib.

1973 – 1977-ci illərdə Azərbaycan SSR EA Kimya Problemləri İnstitutunun əyani aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1980-cı ildə Tbilisi Dövlət Universitetində namizədlik,

1994-cü ildə AMEA Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

124 elmi əsəri çap olunub (27-si xarici elmi nəşrlərdə, 18-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla).

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2014 – 2021-ci illərdə AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

Müxtəlif illərdə Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin Su Problemləri İnstitutunda məsləhətçi,

1998 – 2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor,

2011 – 2021-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının,

Bakı Dövlət Universitetində fəaliyyət göstərən kimya üzrə fəlsəfə və elmlər doktoru üzrə Dissertasiya Şurasının,

AMEA Radiasiya Problemləri İnstitutunda Elmi seminarın,

Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın,

AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda Elmi seminarın,

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Ziyalılar Şurasının üzvü olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı (2011);
  • AMEA İqtisadiyyat İnstitutunun “Fəxri Diplomu” (2011);
  • Bakı Dövlət Universitetin Fəxri fərmanı (2012).

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

12 yanvar 2021-ci il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 259-260. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. ...

Bildiriş[HTML redaktə]

...