"Xurşid Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:X{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqiçilər {{Musiqiçi |Ad...' ilə yarat) |
(Fərqli deyil)
|
02:34, 28 avqust 2020 versiyası
Xurşid Abdullayeva | |
---|---|
Abdullayeva Xurşid Lütfəli qızı | |
Xurşid Abdullayeva | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1959 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşələri | musiqiçi, pedaqoq |
Atası | Lütfəli Abdullayev |
Anası | Sevda Pepinova |
|
|
Musiqi alətləri | fortepiano, klavesin |
Mükafatları |
Xurşid Abdullayeva – klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
Haqqında məlumatlar
15 sentyabr 1959-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1966 – 1977-ci illərdə Bülbül adına musiqi məktəbində,
1983 – 1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.
1989-cu ildə Minsk şəhərində (Belorusiya) professor Arturo Sakettinin(en) (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin(en) (Kanada) klavesin üzrə ustad siniflərini başa vurub.
1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində birillik ali ifaçılıq kursunu bitirib.
Fəaliyyəti
1995-ci ildən Bakı Musiqi Akademiyasının orqan və klavesin kafedrasının müəllimi,
2001-ci ildən isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktoru vəzifələrində işləyir.
Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış etmişdir.
Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.
Mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (5 may 2007-ci il).
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (30 aprel 2014-cü il; 6 may 2015-ci il; 1 may 2017-ci il; 9 may 2018-ci il; 10 may 2019-cu il; 7 may 2020-ci il).
Nəsil şəcərəsi
Xurşid Abdullayeva aktyor, Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi Əhməd bəy Pepinovun və ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsi, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəticəsidir.
İstinadlar
İstifadə edilmiş mənbələr
- "Abdullayeva Xurşid Lütfəli qızı" (azərb.). Bakı Musiqi Akademiyası. 4 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2019.