Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Xurşid Abdullayeva

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Xurşid Abdullayeva
Abdullayeva Xurşid Lütfəli qızı
Xurşid Abdullayeva
Xurşid Abdullayeva.

Xurşid AbdullayevaAzərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Bakı Musiqi Akademiyasının müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 sentyabr 1959-cu il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966 – 1977-ci illərdə Bülbül adına musiqi məktəbində,

1983 – 1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.

1989-cu ildə Minsk şəhərində (Belorusiya) professor Arturo Sakettinin(en) (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin(en) (Kanada) klavesin üzrə ustad siniflərini başa vurub.

1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində birillik ali ifaçılıq kursunu bitirib.

Fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1995-ci ildən Bakı Musiqi Akademiyasının orqan və klavesin kafedrasının müəllimi,

2001-ci ildən isə həm də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktorudur.

Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış edib.

Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin katibi Əhməd bəy Pepinovun və ilk azərbaycanlı musiqişünas qadın – Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəticəsidir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Fortepiano, orqan və klavesin kafedrasının müəllimləri : Abdullayeva Xurşid Lütfəli qızı : [arx. 4 sentyabr 2019] // Bakı Musiqi Akademiyası. — Müraciət tarixi: 14.09.2021.

Bildiriş[HTML redaktə]

...