"Adnan Hacızadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 18: | Sətir 18: | ||
|Uşağı = | |Uşağı = | ||
|Partnyoru = | |Partnyoru = | ||
− | |Atası = | + | |Atası = [[Hikmət Hacızadə]] |
|Anası = | |Anası = | ||
|Milliyəti = | |Milliyəti = |
20:52, 10 noyabr 2020 versiyası
Adnan Hacızadə | |
---|---|
Hacızadə Adnan Hikmət oğlu | |
Adnan Hacızadə | |
Anadan olub | 13 iyul 1983 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Hikmət Hacızadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Adnan Hacızadə — ictimai-siyasi fəal, bloqqer.
Haqqında məlumatlar
13 iyul 1983-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
Bakı Avropa liseyini bitirib.
2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olunub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.
Digər
2007-ci ldə hərbi xidmətdə olub.
2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra “BP” ictimayyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.
İctimai-siyasi fəaliyyəti
İctimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri zamanı başlayıb. Bu dövr ərzində, heç bir siyasi partiyanın üzvü olmamış və heç vaxt siyasi iddia irəli sürməmişdir. Fəaliyyəti dövründə insanları tolerantlığa, qeyri-zorakılığa, maariflənmə və təhsilə səsləyərək ölkənin demokratik inkişafı üçün şəbəkələşmə kimi ən sivil metotlardan istifadə etmişdir.
2009-cu il iyulun 8-də altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 aylıq müddətə həbs olunub.
11 noyabr 2009-cu il tarixdə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul olunub.