Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hikmət Hacızadə

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu
Hikmət Hacızadə
Hikmət Hacızadə.
Commonsda da Hikmət Hacızadə ilə əlaqəli mediafayllar var

Hikmət Hacızadə (1954–2020) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi.

Haqqında ətraflı məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

11 noyabr 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi,

1992 − 1993-cü illərdə isə Azərbaycan Respublikasının baş nazirin müavini və Azərbaycanın Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1983-cü ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib.

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1988-ci ildən Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olmuşdur.

1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü idi. Demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti olub. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, “keçid dövrü”nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.

Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları − bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

20 noyabr 2020-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 211. — 1.000 nüsx.

Bildiriş[HTML redaktə]

...